Zəif göstəricilər dolları ucuzlaşdırdı: Avro 7 həftənin ən yüksək səviyyəsində
ABŞ-da açıqlanan durğun iqtisadi göstəricilər, Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) gələn həftə faiz endiriminə gedəcəyi gözləntilərini gücləndirərək cümə axşamı dolların zəifləməsinə səbəb olub. Bu vəziyyət yen üzərindəki təzyiqi azaldıb, avronu isə son yeddi həftənin ən yüksək səviyyəsinə qaldırıb.
Marja xəbər verir ki, investorlar həmçinin vəzifə müddəti may ayında başa çatacaq Cerom Pauelin yerinə Ağ Ev İqtisadi Müşaviri Kevin Hassett-in gətirilə biləcəyi ehtimalını qiymətləndirirlər. Hassettin vəzifəyə gəlməsi halında daha aqressiv faiz endirimlərini dəstəkləyə biləcəyi fikirləri dollar üzərində əlavə təzyiq yaradır.
ABŞ Prezidenti Donald Tramp, Cerom Pauelin varisinin gələn ilin əvvəlində açıqlanacağını bildirərək aylarla davam edən namizədlik prosesini uzadıb.
CME FedWatch məlumatlarına görə, investorlar gələn həftə 0,25 bəndlik faiz endirimi ehtimalını 89% olaraq qiymətləndirir. İl sonuna qədər ümumilikdə əlavə faiz endirimləri gözlənilir. Lakin analitiklər ABŞ iqtisadiyyatının gücü nəzərə alındığında bazarın ortamüddətli faiz endirimi gözləntilərini şişirtdiyini düşünürlər.
Capital Economics-in Asiya-Sakit okean bazarları rəhbəri Tomas Mathews bildirib: “Bu vəziyyət dolların həddindən artıq dəyər itirməsinin qarşısını alacaq”.
Dollar indeksi il ərzində təxminən 9% düşüb
Dollar indeksi altı əsas valyutaya qarşı 98,919 səviyyəsindədir və təxminən beş həftənin ən aşağı nöqtəsində hərəkət edir. İndeks il ərzində təxminən 9% dəyər itirib.
"Macquarie"dən Thierry Wizman, ABŞ xaricində iqtisadi göstəricilərin yaxşılaşmasının, Yaponiyada əməkhaqqı artımı siqnallarının və Fed rəhbərliyi üçün Hassett ehtimalının dolların zəifləməsini sürətləndirdiyini bildirib.
Avro 30 ayın ən güclü aktivlik göstəricisi ilə dəstəklənib
Bakı vaxtı ilə saat 10:15-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 1,1658 dollar səviyyəsində olsa da, əvvəlki gün 17 oktyabrdan bəri ən yüksək səviyyəsinə çatmışdı. Avrozonada biznes aktivliyi noyabr ayında son 30 ayın ən sürətli genişlənməsini nümayiş etdirib.
Avro bu il 12%-dən çox dəyər qazanaraq 2017-ci ildən bəri ən güclü illik performansına doğru irəliləyir. Avropa Mərkəzi Bankının iki həftə sonra keçirəcəyi iclasda faizlərdə hər hansı dəyişiklik etməsi gözlənilmir.
Yen və Asiya valyutaları sabitdir
Yapon yeni dollar qarşısında 155,18 səviyyəsində sakit əməliyyat olunub. Yapon hökumətinin müdaxilə ehtimalına dair narahatlıqlar azalsa da, Baş nazir Sanae Takaichi-nin iri xərcləmə planına dair qayğılar səbəbindən istiqraz satışları davam edir.
Yaponiya Mərkəzi Bankının (BOJ) iki həftə ərzində faiz artımına gedəcəyi gözlənilir; sədr Kazuo Ueda-nın verdiyi siqnallar yen üzərindəki təzyiqi bir qədər azaldıb.
Funt sterlinq, Avstraliya və Yeni Zelandiya dolları güclənib
Funt sterlinq 1,33425 səviyyəsində, 28 oktyabrdan bu yana ən yüksək həddinə yaxın ticarət edilib. Avstraliya dolları 0,66075, Yeni Zelandiya dolları isə 0,5774 səviyyəsində qərarlaşıb və hər iki valyuta son bir ayın ən güclü aralığında hərəkət edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
22 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
22 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























