Kakao qiymətlərində kəskin eniş: Qiyməti 55%-dən çox geriləyib
Qlobal kənd təsərrüfatı bazarları geosiyasi proseslər və quraqlıq təzyiqi fonunda ciddi dalğalanmalar yaşayarkən, kakao qiymətləri bu il beynəlxalq bazarlarda ən sürətlə ucuzlaşan əmtəələrdən birinə çevrilib.
Marja xəbər verir ki, Qərbi Afrikada havaların normallaşması və istehsal gözləntilərinin yaxşılaşması nəticəsində kakao qiymətləri 2024-cü ilin sonundan bəri 55%-dən çox düşüb.
Rekorddan çöküşə: Bir ildə 12 931 dollardan 5 160 dollara
Intercontinental Exchange (ICE) məlumatına görə, ötən il təchizatla bağlı narahatlıqlar səbəbindən kakao qiymətləri12 min 931 dollara çataraqindiyədək ən yüksək səviyyəsinə qalxmış, ili isə 11 675 dollardan tamamlamışdı.
Əlverişsiz hava şəraiti Qərbi Afrikadakı məhsullar üçün ciddi risk yaratmış, qlobal ehtiyatların sürətlə azalması isə qiymətlərdə kəskin artıma səbəb olmuşdu.
Lakin quraqlıq təzyiqinin zəifləməsi və yeni mövsüm istehsalında yaxşılaşma siqnalları ilə qiymətlər aşağı düşüb. 1 ton kakaonun qiyməti bir neçə ay ərzində 5 160 dollar səviyyəsinə qədər geriləyib.
Tələbdə zəifləmə gözləntisi qiymət təzyiqini artırır
Dünyanın aparıcı şokolad və kakao istehsalçılarından biri olan "Barry Callebaut" kakao məhsullarına tələbin azalacağını açıqlayıb. ABŞ-ın kakao məhsullarına tətbiq edilən tarifləri aradan qaldırmağı planlaşdırması da satış təzyiqini artıran amillərdən biri olub.
"Rabobank"ın Əmtia analitiki Oran van Dort, ABŞ Prezidenti Donald Trampın ölkədə geniş istifadə olunan, lakin yerli istehsalı olmayan bəzi kənd təsərrüfatı məhsullarını gömrük rüsumlarından azad etdiyini bildirərək, “Kakao da bu kateqoriyaya daxildir” deyib.
Dortun sözlərinə görə, ABŞ-ın gömrük rüsumlarını ləğv etməsi həm mövcud ticarət axınındakı pozuntuları aradan qaldırır, həm də gələcəyə dair qeyri-müəyyənlikləri azaldır.
Eyni zamanda Aİ-nin meşəsizləşmə qaydaları ilə bağlı yeni addımların da qiymətlərə aşağı yönlü təzyiq göstərdiyi vurğulanır.
Analitik əlavə edib: “Qaydanın bir il təxirə salınması və 2026-cı ilin aprelində sadələşdirilməsi ilə bağlı siqnallar var. Bu da kakao idxalında təcililik təzyiqini azaldır və qiymətlərin yumşaldığına işarə edir.”
Təchizat zəncirində xərclər azalır, qiymətlərə təsir edəcəyi gözlənilir
Dort-un sözlərinə görə, bu proseslər təchizat zəncirində daha aşağı xərcləri formalaşdıra bilər və bunun şokolad və kakao məhsullarının son qiymətlərinə də əks olunması gözlənilir.
Bundan başqa, Fil Dişi Sahili limanlarına edilən kakao daşımalarının son dövrdə gözləniləndən daha güclü olduğu bildirilir və bu da təklifin bərpa olunduğuna işarə edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















