Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sadələşdirilmiş vergi ilə bağlı yeni qayda gəlir - LİMİT 2 DƏFƏ ARTIRILIR

Artıq vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq. 200 min manat olan limitin 2 dəfə artırılaraq 400 min manata çatdırılması nəzərdə tutulur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sadələşdirilmiş vergi ilə bağlı yeni qayda gəlir - LİMİT 2 DƏFƏ ARTIRILIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yeni qaydada müəyyənləşdiriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Qeyd edək ki, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.

Beləliklə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ müəyyənləşdirilərkən artıq vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

İş elanları AzVak.az-da

Başqa sözlə, 2016-cı ildən sonra malların qiymətlərinin, xidmətlərin, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən olunmuş limit həddi 12 ayın istənilən dövrü üçün 200 min manat olaraq qalmaqda idi. İndi isə bu limitin 2 dəfə artırılaraq 400 min manata çatdırılması nəzərdə tutulur ki, bu da kiçik və orta sahibkarlıq subyektlərini vergidən yayınmaqdan çəkindirməyə və şəffaflığın artmasına xidmət edəcək.

Sadələşdirilmiş vergi əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanacaq. Beləliklə, sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-ə endiriləcək. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Bu, 2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən vergi tutulan əməliyyatlara münasibətdə tətbiq olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

sadələşdirilmiş vergi vergi ödəyicisi POS-terminal nağdsız ödəniş pərakəndə ticarət xidmətlər üzrə vergi Vergi Məcəlləsi vergi limitinin artırılması 400 min manat limit kiçik və orta sahibkarlıq vergi dərəcəsi 6 faiz vergidən yayınmanın qarşısının alınması vergi şəffaflığı vergi yenilikləri ƏDV 2026-cı il dəyişiklikləri Azərbaycan vergiləri vergi uçotu vergi əməliyyatları
21.11.2025 13:56
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18