970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

"Bakı limanının genişləndirilməsi işləri qrafiki qabaqlayır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı limanının genişləndirilməsi işləri qrafiki qabaqlayır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyində fəaliyyət göstərən Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi planları yalnız qrafik üzrə irəliləmir, hətta bir sıra istiqamətlər üzrə onu qabaqlayır.

Bunu ADY-nin sədri Rövşən Rüstəmov "NE Global" nəşrinə müsahibəsində bildirib.

Reklam_3_11

Onun sözlərinə görə, Bakı Limanı Orta Dəhlizdə əsas strateji həlqələrdən biridir: "Səhmdar cəmiyyət limanın inkişafında mühüm tərəqqiyə nail olub. Vahid Tranzit Mərkəzinin tətbiqi əməliyyat proseslərini əhəmiyyətli dərəcədə optimallaşdırıb, gözləmə müddətini azaldıb, xərcləri aşağı salıb və yüklərin emalını sürətləndirib".

R.Rüstəmov qeyd edib ki, limanın konteyner dövriyyəsi rekord həddə çatıb: "Bu ilin ilk 10 ayında Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə 6 milyon 832 min 087 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur və son 22 ilin ən yüksək göstəricisidir. Bu dinamika həm artan tələbatı, həm də modern infrastrukturumuzun səmərəliliyini əks etdirir".

ADY rəhbəri əlavə edib ki, gələcək mərhələdə limanın yükaşırma potensialının artırılması, rəqəmsal həllərə investisiyaların genişləndirilməsi və xidmətlərdə daha yüksək səmərəliliyin təmin edilməsi nəzərdə tutulur: "Liman Xəzər regionu və onun hüdudlarından kənarda dünya səviyyəli logistika mərkəzi olaraq qalacaq. Bu, Azərbaycanın qlobal nəqliyyat-logistika qovşağına çevrilməsi baxışını dəstəkləyən mühüm uğur hekayəsidir".

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə liman və dəmiryolu əməliyyatlarının koordinasiyasını artırmaq məqsədilə rəsmi olaraq ADY-nin strukturuna daxil edilib.

Azərbaycan Dəmir Yolları ADY Bakı Beynəlxalq Dəniz Limanı limanın genişləndirilməsi Orta Dəhliz Vahid Tranzit Mərkəzi konteyner dövriyyəsi yükaşırma həcmi logistika mərkəzi Xəzər regionu logistika Bakı Limanı inkişafı tranzit daşımalar yükdaşımalar rəqəmsal logistika həlləri Rövşən Rüstəmov liman infrastrukturu Azərbaycanın logistika qovşağı Beynəlxalq Dəniz Limanı statistikası daşımalar artımı nəqliyyat-logistika sektoru
19.11.2025 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18