Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Dövlət büdcəsinin 68 faizi və yaxud 17,1 milyard manatı sosialyönlü xərclərə yönəldiləcəkdir"

Sosialyönlü xərclər 2026-cı ildə də əsas prioritetlər sırasında olacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dövlət büdcəsinin 68 faizi və yaxud 17,1 milyard manatı sosialyönlü xərclərə yönəldiləcəkdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcəkdir. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaqdır”.

Marja xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Reklam_3_11

Nazir bildirib ki, örtamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaqdır.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artmışdır.

Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcəkdir. 

Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.

İş elanları AzVak.az-da

2026-cı il dövlət büdcəsi sosialyönlü xərclər maliyyə naziri Sahil Babayev Milli Məclis Azərbaycan büdcəsi sosial müdafiə sosial müavinətlər təqaüdlər sosial ödənişlər sosial siyasət məcburi köçkünlərin sosial müdafiəsi cari xərclər büdcə artımı orta müddətli büdcə dövrü dövlət büdcəsi prioritetləri sosial təminat əhalinin rifahı büdcə vəsaiti dövlət xərcləri sosial proqramlar
19.11.2025 11:44
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18