Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sahil Babayev: “Təqdim edilən büdcə layihəsi zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahil Babayev: “Təqdim edilən büdcə layihəsi zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir. Bu qələbə məhz Prezident cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilmişdir. Bu gün təqdim edilən büdcə layihəsi də məhz zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır”.

Marja xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Reklam_3_11

Nazir bildirib ki, növbəti ilin büdcə layihəsi də tarixi Zəfərə gətirib çıxarmış yolun davamı kimi təqdim olunur.

“Uzunmüddətli makroiqtisadi dayanıqlılığın təməl şərtləri olan strateji valyuta ehtiyatlarının 82,5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizinə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də nəzərə alınır və Fitç agentliyindən sonra cari ildə Moody`s tərəfindən də Azərbaycanın suveren kredit reytinqi investisiya dərəcəsinə qaldırıldı”, - deyə S.Babayev bildirib.

Maliyyə Naziri həmçinin qeyd edib ki, dövlətimizin artan imkanları sosial təminatın gücləndirilməsinə, ölkəmizin sosial rifah dövləti mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb: “Ölkə Başçısının təşəbbüsləri nəticəsində, 2025-ci ildə beşinci sosial islahat paketi reallaşdırıldı, minimum əmək haqları, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar cənab Prezidentin əhalinin, xüsusilə sosial həssas qrupdan olan vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına göstərdiyi diqqətin növbəti təzahürüdür”.

İş elanları AzVak.az-da

2026-cı il dövlət büdcəsi maliyyə naziri Sahil Babayev Milli Məclis büdcə layihəsi Azərbaycan iqtisadiyyatı strateji valyuta ehtiyatları xarici dövlət borcu ÜDM makroiqtisadi dayanıqlılıq Prezident İlham Əliyev Zəfərin beşinci ildönümü iqtisadi islahatlar beynəlxalq reytinq agentlikləri Moody’s Fitç suveren kredit reytinqi sosial təminat sosial rifah minimum əmək haqqı minimum pensiya müavinət təqaüd sosial islahat paketi dövlətçilik tariximiz iqtisadi siyasət rifah cəmiyyəti iqtisadi inkişaf strategiyası
19.11.2025 11:39
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18