Bakıda “McDonald’s”ın beynəlxalq EMEA sammitləri keçirilib – FOTO
28-30 oktyabr və 4-6 noyabr tarixlərində Bakıdakı “JW Marriott Absheron” hotelində “McDonald’s”ın EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionu bazarlarının maliyyə, strategiya və analitikasına, həmçinin istehsal və personalın idarə edilməsinə həsr olunmuş sammitlər keçirilib.
Hər iki sammit “McDonald's” tarixində EMEA formatında keçirilən ilk tədbirlər olub.
Tədbirlər 50-dən çox ölkədən 300-dən artıq iştirakçını bir araya gətirib. Sammitin iştirakçıları arasında maliyyə direktorları, analitika və strategiya, əməliyyatlar və personalın idarə edilməsi üzrə rəhbərlər, eləcə də partnyorlar və biznes sahibləri, həmçinin “McDonald’s”ın qlobal bölmələrinin, o cümlədən marketinq, satınalma, tədarük zənciri, analitika və digər istiqamətlər üzrə departamentlərinin nümayəndələri olub.
Tədbirləri giriş sözü ilə “McDonald's Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolskiy açıb.
Müraciətində O.Boqopolskiy “McDonald's”ın Azərbaycandakı fəaliyyətindən bəhs edib, şəbəkənin inkişafı, yerli komandanın nailiyyətləri və şirkətin ölkə iqtisadiyyatına töhfəsi barədə söhbət açıb.
Sammitlər zamanı iştirakçılar ötən dövr ərzində görülən işlərin nəticələrini, əsas tendensiyaları və növbəti il üçün proqnozları müzakirə ediblər, həmçinin biznesin effektivliyinin və dayanıqlılığının artırılması istiqamətində təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, bu, “McDonald's”ın Azərbaycanda keçirilmiş ən böyük korporativ tədbirləri olub.
Hər iki sammitin proqramı şirkətin fəaliyyət nəticələrinin, gələcək planların müzakirəsini, təcrübə və peşəkar biliklərin mübadiləsini əhatə edib.
Sözügedən sammitlərin Bakıda keçirilməsi korporasiya üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu, Azərbaycan bazarının “McDonald's”ın Avropa, Yaxın Şərq və Afrika regionu sistemində artan əhəmiyyətini göstərir, həmçinin ölkənin beynəlxalq biznes üçün müasir və cəlbedici məkan kimi potensialını nümayiş etdirir.
Bu cür tədbirlər Azərbaycanın işgüzar reputasiyasının möhkəmlənməsinə və korporativ turizmin inkişafına töhfə verir, qlobal şirkətlərin həm tədbirlərin keçirilməsinə, həm də ölkə iqtisadiyyatına investisiyalara marağını artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)









