Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Energetika naziri Pərviz Şahbazovla “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə enerji sahəsində geniş əməkdaşlığın Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin əsas prioritet istiqamətlərindən biri olduğu, bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sənədlərin mühüm rolu vurğulanıb.
“China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə quruda 100 MVt gücündə günəş, 2 QVt gücündə dənizdə külək enerjisi, enerji saxlanc sistemi və “Yaşıl Enerji Dəhlizi” layihələrini, həmçinin Azərbaycanın energetika sektoru mütəxəssisləri üçün təlim və təcrübə mübadiləsi proqramını əhatə edən tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Müzakirələr zamanı dəniz külək enerjisi və “Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi üçün zəruri texniki və iqtisadi məsələlər nəzərdən keçirilib. Aparılmış tədqiqatlar, külək turbinlərinin daşınması və quraşdırılması, avadanlıqların yerli istehsalının təşkili, sualtı kabellər, enerjinin ötürülməsi və sistem tənzimlənməsi kimi istiqamətlər üzrə fikir mübadiləsi edilib.
Həmçinin günəş enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlər dəyərləndirilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında “Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənilməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi” imzalanıb. Müqavilə layihənin icrasına məsul şirkətin və Rəhbər Komitənin yaradılmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb




















