Toyota-nın satışlarında rekord
Toyota-nın 2025-ci ilin 9 ayında ümumi satışları 5% artaraq rekord səviyyəyə çatıb.Toyota Motor Corp. 2025-ci ilin ilk yarısında qlobal satışlarda rekord göstəriciyə nail olub. ABŞ bazarındakı güclü artım, Çin və Yaponiyadakı zəif performansın mənfi təsirini kompensasiya edib.
Marja.az Toyota-nın bazar ertəsi yaydığı statistikaya istinadən xəbər verir ki, “Daihatsu Motor Co.” və “Hino Motors Ltd.” törəmə şirkətləri də daxil olmaqla ümumi satışlar sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 949 min 153 ədədə çatıb. İstehsal isə 9% artaraq 1 milyon 36 min 106 avtomobilə yüksəlib.
Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota, Çində tələbin dəyişməsi və ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumların yaratdığı ticarət gərginliklərinə baxmayaraq, artımı davam etdirib. Şirkət ilin ilk yeddi ayında ardıcıl şəkildə rekord istehsal və satış göstəriciləri əldə edib. Lakin avqust ayında həm istehsal, həm də satış tempi bir qədər zəifləmişdi.
Toyota və Lexus markalarının satışları sentyabrda Çin və Yaponiyada azalsa da, ABŞ-da benzin-elektrik hibrid avtomobillərə olan güclü tələbat sayəsində 14%-dən çox artıb. Hibrid modellər maliyyə ilinin ilk yarısında ümumi satışların 42%-ni təşkil edib.
Toyota bu ilin ilk doqquz ayında 8 milyon 345 min ədəd avtomobil istehsal edib, 8 milyon 358 min ədəd avtomobil satıb — bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,7% və 5% çoxdur.
Toyota-nın 2025-ci ilin 9 ayında ümumi satışları 5% artaraq rekord səviyyəyə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
- 57 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb




.jpg)
.jpg)








.jpg)





