Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu 2025-2026-cı illər əkin mövsümü üzrə meyvə bağlarının sığortalanma dövrünün başlandığını elan edir.
Fondun yaydığı məlumatda bildirilir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41 növ bitki və bitki məhsulunu əhatə edir. Son illər Azərbaycanda kənd təsərrüfatına marağın artması fonunda ölkədə hər il minlərlə hektar meyvə bağları salınır. Meyvələr təkcə daxili bazarın təmin edilməsində deyil, həm də Azərbaycandan xarici ölkələrə satılaraq ölkəyə böyük vəsait gətirən ixrac məhsuluna çevrilib. Bu sahədə on minlərlə fermer və yerli əhali çalışır.
Məhz bu səbəbdən aqrar sığorta vasitəsilə sığortalanan bitkilərin siyahısında böyük yeri meyvə məhsulları tutur – hazırda aqrar sığorta vasitəsilə 21 növ meyvə bağları sığortalanır. Buraya alma, armud, şaftalı (nektarin), ərik, gilas, albalı, nar, alça, çiyələk, fındıq, qoz, badam, gavalı, heyva, xurma, limon, naringi, portağal, ting, üzüm, zeytun bitkiləri aiddir.
Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərər müstəqil aqrar sığorta ekspertləri tərəfindən müəyyən edilir və Aqrar Sığorta Fondu fermerə dəymiş zərəri qarşılayır. Zərərə görə aqrar sığorta ödənişi edilərkən azadolma məbləği də nəzərə alınır.
Meyvə bağlarını aqrar sığorta etmək olduqca sərfəlidir. Sığorta haqqı meyvənin növü, region və sığorta zərfindən asılı olaraq dəyişir. Bundan başqa, dövlətin 50%-lik sığorta haqqı dəstəyi sayəsində fermer sığorta haqqının yalnız yarısını ödəyir, digər yarısını fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Ümumiləşdirdikdə 1000 manatlıq meyvənin baza zərfi ilə sığortalanması üçün fermerdən tələb olunan məbləğ meyvədən və regiondan asılı olaraq 10-25 manat arasında dəyişir. Bu hesabla, məsələn, bağda 10 min manatlıq məhsul varsa, həmin bağın sığortası fermerə təqribən 100-250 manata başa gəlir.
Fermerlər meyvə bağlarını baza zərfindən başqa, əlavə ödənişlə digər risklərdən də sığorta edə bilərlər. Əlavə risklərə - şaxtavurma (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisi, leysan yağması nəticəsində yaranan zərərlər, eləcə də bitki xəstəlikləri və zərərvericilərin zərərləri aiddir.
Meyvə bağı sahibləri bağdakı meyvələrdən əlavə, ayrıca olaraq ağacları və tingləri də sığorta edə bilərlər. Əgər yuxarıda sadalanan hadisə nəticəsində meyvə ağacı məhv olarsa, fermerə həmin ağacın 3 illik meyvəsinin dəyəri ödənilir – sığorta tarifi isə cəmi 0,83% təşkil edir. Məsələn, ildə 50 manatlıq məhsul verən 1 ağacın sığortası fermerə cəmi 62 qəpiyə başa gəlir. Bu sığorta növü fermerləri uzunmüddətli zərərdən qorumaq üçün vacibdir.
Qeyd edilib ki, Aqrar Sığorta Fondunun sığortaladığı bağlar və meyvə bağları üzrə sığorta ödənişləri sürətlə artmaqdadır. 2023-cü ildə meyvə bağları üzrə cəmi 39 min manat ödəniş edilmişdisə, 2024-cü ildə bu məbləğ 720 min manat, 2025-ci ilin ilk 9 ayında isə 159 min manat təşkil edib və hər gün artır.
İndiyədək olan hadisələr göstərir ki, meyvə bağların ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasmadır.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
4 d. əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
16 d. əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
30 d. əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
45 d. əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
1 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
1 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
-
1 saat əvvəl
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
-
1 saat əvvəl
Gömrük Komitəsi: “Biləsuvar” gömrük postundakı problemlərə bəzi şəxslər səbəb olub
-
2 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Ən çox oxunanlar
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib









.webp)









.jpg)




.jpg)
