iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr!
"Counterpoint Research" şirkətinin “China, US Q3 2025 Weekly Smartphone Sell-Out Tracker” hesabatına əsasən, iPhone 17 seriyası satışa çıxdığı ilk 10 gün ərzində Apple-ın əsas bazarları olan ABŞ və Çində iPhone 16 seriyasını 14% geridə qoyub. Bu iki ölkə, qlobal iPhone satışlarının böyük hissəsini təşkil edir.
Marja xəbər verir ki, 4 iPhone modelindən (Base, Air, Plus, Pro/ProMax) baza versiyası olan iPhone 17, xüsusilə Çin bazarında güclü nəticə göstərib. Çinli istehlakçılar modelin yüksək qiymət-performans balansına müsbət reaksiya veriblər.
Counterpoint-in baş analitiki Menmenq Çjanq bildirib:
“Baza iPhone 17 modeli istehlakçılar üçün olduqca cəlbedicidir və qiymətinə görə əla seçimdir. Daha güclü çip, təkmilləşdirilmiş ekran, daha yüksək əsas yaddaş, ön kamera yeniləməsi – bütün bunlar ötən ilin iPhone 16 modeli ilə eyni qiymətə təklif olunur. Üstəlik, endirimlər və kuponlar əlavə edildikdə, bu cihazı almaq tərəddüd doğurmur. Model çox yüksək dəyər təqdim edir və çinli alıcılar Apple-ı bunun üçün "mükafatlandırırlar".”
ABŞ bazarında isə iPhone 17 Pro Max modelinə güclü tələb var. Ölkənin üç əsas mobil operatoru maksimum subsidiyaları 10% (100 dollar) artırıb.
Baş analitik Morris Klen bu barədə qeyd edib:
“ABŞ-da operatorlar, 24 və ya 36 aylıq maliyyələşdirmə müqavilələri vasitəsilə yüksək aylıq xidmət gəliri əldə etmək üçün cihaz subsidiyalarını artırıblar. Bu Pro Max modellərini daha geniş auditoriyaya əlçatan edib, premiumlaşma meylini gücləndirib”.
Yalnız eSIM-lə işləyən iPhone Air modeli də iPhone 16 Plus ilə müqayisədə bir qədər daha yaxşı performans göstərib. Modelin Çində satışa çıxıb-çıxmayacağı ilə bağlı suallar isə 17 oktyabrda ilkin sifarişlərin başlanacağı barədə rəsmi açıqlama ilə aradan qaldırılıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Baş analitik İvan Lam bildirib:
“Bu, həm Apple, həm də eSIM texnologiyası üçün mühüm mərhələdir. Lakin ilkin sifariş müddətinin qısa olması və modelin yüksək qiyməti – xüsusən də xüsusiyyət baxımından zəngin əsas iPhone 17 ilə müqayisədə – Air modelinin ilk mərhələdə nisbətən niş məhsul olaraq qalacağı ehtimalını artırır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)







