Qızılın qiyməti bir qədər ucuzlaşıb - "Bu alış üçün fürsətdir"
Qızıl, investorların mənfəət realizasiyasına getməsi fonunda çərşənbə axşamı bir qədər ucuzlaşıb.
Marja xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz endirimlərini davam etdirəcəyi gözləntiləri və güclü “təhlükəsiz liman” tələbi ilə tarixi maksimuma çatan qızılın qiyməti, bu dəfə mənfəət satışları nəticəsində cüzi düşüb.
Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, qızlın qiyməti 0,3% azalaraq unsiyası 4340,29 dollar səviyyəsində qərarlaşıb. Bazar ertəsi qızlın unsiyasının qiyməti 4381,21 dollara qalxaraq tarixi ən yüksək səviyyəsinə çatmışdı.
"KCM Trade" şirkətinin baş bazar analitiki Tim Waterer bildirib ki, “mənfəət satışları və təhlükəsiz liman alışlarının bir qədər zəifləməsi bu gün qızıl qiymətlərindəki geriləməyə səbəb olub. FED faiz endirimlərini davam etdirdikcə, qızıldakı hər bir geri çəkilmə alış fürsəti kimi qiymətləndiriləcək”.
Bazarlar artıq bu ay FED-dən 0,25 faiz bəndi və dekabrdada əlavə bir azalma gözləntisini tam şəkildə qiymətlərə daxil edib.
Waterer əlavə edib ki, “əgər bu həftənin sonuna doğru açıqlanacaq ABŞ istehlak qiymətləri indeksində (inflyasiya göstəricisi) mənfi sürpriz baş verməsə, qızıl bazarındakı mövcud artım trendinin hələ də yuxarı istiqamətli hərəkət üçün potensialı var”.
Hökumətin fəaliyyətinin dayandırılması səbəbindən gecikmiş statistik göstəricilərin cümə günü açıqlanacağı gözlənilir.
ABŞ hökumətinin bağlanması, senatorların ötən həftə onuncu dəfə razılığa gələ bilməməsi nəticəsində 20-ci gününə daxil olub. Ağ Evin iqtisadi müşaviri Kevin Hassett, bağlanmanın bu həftə ərzində başa çatmasının mümkün olduğunu bildirib.
Mənfəət satışı (mənfəət realizasiyası) – bir investisiya alətinin (məsələn, qızılın, səhmin) dəyər artımından əldə olunan gəliri nağd vəsaitə çevirmək məqsədilə həyata keçirilən satış əməliyyatıdır. Bu prosesdə investorlar, əvvəlcədən müəyyən etdikləri qiymət səviyyəsinə çatdıqda və ya bazar şəraitinə əsasən qazancı reallaşdırmaq üçün əllərindəki aktivləri satırlar. Bu, həm potensial gəliri qorumaq, həm də mümkün qiymət enişlərindən sığortalanmaq məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)





.jpg)



