“AzInTelecom” “Baku Fintech Forum 2025” tədbirində - Fotolar
(®) “AzInTelecom” MMC yerli və regional maliyyə institutlarının iştirakı ilə keçirilən “Baku Fintech Forum 2025” tədbirində iştirak edib.
9 oktyabr tarixində Bakıda keçirilən forumda “AzInTelecom” interaktiv stendi ilə çıxış edib. Stenddə tədbir iştirakçılarına şirkətin rəqəmsal xidmət və məhsulları ilə bağlı məlumat verilib.
Forum çərçivəsində “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev çıxış edərək biometriya texnologiyasının maliyyə sahəsində yaratdığı üstünlüklərdən danışıb. O, SİMA Rəqəmsal Həllər Platformasına daxil olan məhsulların maliyyə sektoruna inteqrasiyasını banklar və maliyyə təşkilatları ilə uğurlu əməkdaşlığın nəticəsi kimi qiymətləndirib. Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 15-nin SİMA məhsullarından istifadə etdiyini vurğulayıb. Fərrux Fərəcullayev, həmçinin qeyd edib ki, fərdi sahibkarlar üçün “SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiyası tam başa çatdırılıb və hazırda sahibkarlar “6AYPULSUZ” promokodu ilə xidmətlərdən altı ay müddətinə ödənişsiz istifadə edə bilirlər.
“Baku Fintech Forum” rəqəmsal bankçılıq və ödənişlər, maliyyə texnologiyalarında təhlükəsizliyin gələcəyi və dayanıqlı ekosistemin qurulması kimi mühüm mövzular ətrafında panel sessiyaları ilə yadda qalıb. Panel müzakirələrdə “fintex” istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. “AzInTelecom” əməkdaşları digər iştirakçılarla yeni əməkdaşlıqların qurulması və şəbəkələşmə imkanlarını müzakirə ediblər.
“AzInTelecom” haqqında
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalara liderlik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)




.jpg)
