Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq

Putin həmçinin təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Rusiya lideri qəzanı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, qəza baş verən gün Rusiya hava məkanına üç Ukrayna PUA-sı daxil olub və Rusiya onları izləyib. Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcəyini, günahkarların cəzalandırılacağını deyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti  İlham Əliyevə görüşə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı vəziyyətin müzakirəsindən başlamağı təklif edib.

Rusiya Prezidenti xatırladıb ki, hadisənin Rusiya hava məkanında baş verməsi ilə bağlı Əliyevdən üzr istəyib.

Reklam_3_11

Putin həmçinin təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Putin bildirib ki, Rusiya tərəfi aparılan istintaqa razılaşdırılmış qaydada tam dəstək göstərir.

Rusiya Prezidenti qəzanın səbəblərindən birinin Rusiya hava məkanında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının olması ilə bağlı olduğunu qeyd edib. O bildirib ki, hadisə günü Rusiya ölkə sərhədini keçən üç ukraynalı PUA-nı izləyib.

Putin izah edib ki, AZAL-ın təyyarəsinin qəzasının səbəblərindən biri də Rusiya hava məkanına Ukraynaya məxsus pilotsuz uçuş aparatının daxil olmasıdır. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemi həmin gün iki raket buraxıb. Raketlər AZAL təyyarəsini birbaşa vurmayıb, bir neçə metr məsafədə partlayıb. Təyyarə, yəqin ki, partlayış nəticəsində yaranan qəlpələrdən zədələnib.

Prezident əlavə edib ki, hadisədən sonra AZAL ekipajına Mahaçqalada eniş etmək təklif olunub, lakin onlar bazaya – öz hava limanına dönməyi seçiblər.

Putin bildirib ki, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək, kompensasiyalar məsələsində lazım olan hər şeyi edəcək. 

Putin Əliyevlə görüşdə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətə son qoymaq üçün zamana ehtiyac olduğunu bildirib

Qeyd edək ki, Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilir.

09.10.2025 15:34
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
AzVak-da yeni vakansiyalar
AzVak-da yeni vakansiyalar
09.10.2025 17:14
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18