Mərkəzi Bank investisiya şirkətlərinin mənfəətliliyinin azalmasını şərtləndirən əsas amilləri açıqlayıb
Azərbaycandakı investisiya şirkətlərinin xalis mənfəətinin azalması onların gəlirlərinin sabit qalması, xərclərinin isə artması ilə bağlıdır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Tərlan Rəsulov bildirib.
"Xərclərin artması şirkətin infrastruktura, texnologiyaya və təhlükəsizliyə investisiya qoyması, AMB-nin tətbiq etdiyi standartların genişləndirilməsi ilə bağlıdır. Təbii ki, növbəti dövrdə bu xərclər müəyyən qədər sabitləşəcək", - deyə o qeyd edib.
Mərkəzi Bankın Maliyyə Sabitliyi Hesabatında bildirilir ki, cari ilin ilk yarısı ərzində investisiya şirkətlərinin balans göstəricilərində azalma müşahidə olunmuşdur. 2024-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 23% (42 mln. manat) azalaraq 140 mln. manat, öhdəlikləri isə 33% (42 mln. manat) azalaraq 86 mln. manat təşkil etmişdir. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) həcminin azalması olmuşdur.
Dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənmişdir. Cari ilin ilk yarısı ərzində investisiya şirkətlərinin müştəri aktivləri 23% (450 mln. manat) artaraq 2.4 mlrd. manata çatmışdır. Müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olmuşdur. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 31% (513 mln. manat) artaraq 2.1 mlrd. manat təşkil etmişdir
İnvestisiya şirkətlərinin xalis mənfəətində azalma müşahidə edilmişdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ilin ilk yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 67% (2.9 mln.manat) azalaraq 1.5 mln. manat olmuşdur. Hesabatda da qeyd edilib ki, investisiya şirkətlərinin xalis mənfəətində azalmanı şərtləndirən əsas amillər artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə, inzibati xərclər olmuşdur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















