Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır
Renault şirkəti dəstək funksiyaları üzrə 3 000 işçini işdən çıxarmağı nəzərdən keçirir.
Marja xəbər verir ki,bu barədə Reuters-in Fransız mediasına istinadən məlumat yayıb.
Şirkət xərclərin azaldılması planlarını nəzərdən keçirdiyini təsdiqləyib, lakin hələ rəsmi qərar qəbul edilmədiyi üçün dəqiq rəqəmlər açıqlanmayıb.
Renault-un sözçüsü bildirib:
“Otomobil bazarındakı qeyri-müəyyənliklər və yüksək rəqabət şəraitini nəzərə alaraq, əməliyyatlarımızı sadələşdirməyin, idarəetməni sürətləndirməyin və sabit xərclərimizi optimallaşdırmağın yollarını düşündüyümüzü təsdiqləyirik.”
Qeyd olunur ki, Renault iyul ayında 2025-ci ilin 1-ci yarısı üzrə 11,2 milyard avro (təxminən 13 milyard dollar) məbləğində xalis zərər açıqlayıb.
Analitiklərin fikrincə, Luca de Meonun yerinə təyin olunan yeni CEO Francois Provost kar marjlarını bərpa etməli, şirkətin kredit reytinqini investisiya edilə biləcək səviyyəyə qaldırmalı və Çinli avtomobil istehsalçılarının intensiv rəqabətinə qarşı yeni strategiya müəyyən etməlidir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















