Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.

Marja xəbər verir ki, Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.

Reklam_3_11

Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq. Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olacaq.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək.

Sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən də yararlana biləcəklər.

Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.

"Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək. Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq",- ADY-dən bildirilir.

Qeyd edilib ki, Gəncə, Tovuz və Ağstafaya ənənəvi olaraq Bakı–Qazax–Bakı marşrutu ilə hər gün hər iki istiqamətdə olmaqla, eyni zamanda, həftəiçi hər gün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslərlə səfər etmək olar.

ADY Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi hədəfləyir. Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edir. 2023-cü ildə ilk dəfə Bakı–Qəbələ–Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidməti aktivləşdirilib. 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı–Ağstafa–Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı–Ağdam–Bakı xətti açılıb. Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək.

İş elanları AzVak.az-da

AZCON Holding Azərbaycan Dəmir Yolları ADY sərnişin daşımaları regiondaxili marşrut Gəncə–Mingəçevir–Ağstafa müasir elektrik qatarları gündəlik reyslər marşrut cədvəli Mingəçevir stansiyası Gəncə Ağstafa Quzanlı Goran Dəllər Qovlar Tovuz standart sinif standart+ biznes sinif birinci sinif biletlərin qiyməti ödənişsiz Wi-Fi ADY Mobile rəsmi veb-sayt dəmir yolu yenidənqurma stansiya təmiri gözləmə zalı sərnişin artımı illik 100 min sərnişin nəqliyyat mobilliyi sosial-iqtisadi inkişaf turizm potensialı Bakı–Qazax–Bakı Bakı–Ağstafa–Bakı Bakı–Qəbələ–Bakı Bakı–Balakən–Bakı Bakı–Ağdam–Bakı ictimai nəqliyyat əlçatanlığı Qarabağ iqtisadi rayonu
25.09.2025 13:32
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18