Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atıb.

Beynəlxalq Jest Dilləri Günündə Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tətbiqində istifadəyə verilib.

"Bu yenilik 3 milyondan çox istifadəçisi olan platformanın eşitmə və nitq məhdudiyyətli müştəriləri üçün mövcud olan ən fundamental baryerlərdən birini aradan qaldırması deməkdir. Birbank bu təşəbbüslə bank xidmətini hər kəs üçün əlçatan etməklə yanaşı, həm də maliyyə azadlığını fundamental bir haqqa çevirməklə öz liderliyini və sosial məsuliyyətini təsdiqləyir. Artıq on minlərlə vətəndaş üçün bankçılıq əməliyyatları üçüncü tərəfin köməyindən asılı, mürəkkəb bir proses olmaqdan çıxaraq, öz ana dilində qurduğu sərbəst və birbaşa ünsiyyətə çevrilir", "Birbank"dan Marja-ya bildirilib.

Qeyd edilib ki, bunun üçün eşitmə və nitq məhdudiyyətli müştərilər Birbank mobil tətbiqindəki xüsusi bölməyə daxil olmaqla, tam məxfi və təhlükəsiz videozəng vasitəsilə bank filialına getmədən və ya yazılı ünsiyyətin yaratdığı məhdudiyyətlərlə üzləşmədən sürətli və effektiv xidmət alacaqlar. Birbaşa və maneəsiz ünsiyyət kanalı vasitəsilə müştərilər  həftəiçi hər gün saat 09:00-18:00 aralığında bank xidmətləri haqqında məlumat ala, təklif və  narahatlıqlarını bölüşə bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu xidməti göstərən əməkdaşlar müştərilərlə peşəkar və sərbəst ünsiyyət qurmaq məqsədilə 3 ay davam edən intensiv işarət dili təlimlərindən keçiblər. Bu müddətdə bankın işarət dilini könüllü olaraq öyrənmək istəyən əməkdaşlarına peşəkar mütəxəssislər tərəfindən 72 saat təlim keçirilib.

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu mühüm hadisə ilə bağlı öz sosial media hesabından fikirlərini bölüşüb: “Bu gün biz texnologiyanın gücünü insan amili ilə birləşdirərək eşitmə və nitq məhdudiyyətli müştərilərimiz üçün mövcud olan ən böyük maneələrdən birini aradan qaldırdıq. Azərbaycanda ilk dəfə “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tədbiqi vasitəsilə istifadəyə verildi. Biz bu təşəbbüslə təkcə bank sektorunda deyil, bütün ölkədə inklüziv xidmət mədəniyyətinin inkişafına təkan verəcəyimizə və digər qurumları bu yolda bizə qoşulmağa ruhlandıracağımıza ümid edirik”.

Videonu izləmək üçün link: www.b-b.az/bbss

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Birbank Kapital Bank mobil bankçılıq rəqəmsal bankçılıq işarət dili ilə videozəng xidməti inklüziv bankçılıq eşitmə məhdudiyyətli müştərilər nitq məhdudiyyətli müştərilər videozəng banka məsafədən xidmət Azərbaycan bank xidməti maliyyə inklüzivliyi sosial məsuliyyət müştəri xidməti təlimli əməkdaşlar mobil tətbiq onlayn bankçılıq 3 milyon istifadəçi filial şəbəkəsi müasir bank texnologiyaları
24.09.2025 10:43

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18