Daha çox pul yığılmalıdır - Vergi Xidməti və Gömrük Komitəsi üçün büdcə planları artırılır
Plan Dövlət Vergi Xidməti üçün 1 milyard 321 milyon manat, Dövlət Gömrük Komitəsi üçün 250 milyon manat artırılır.2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri 41 milyard 548.6 milyon manat, kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır.
Marja.az Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamaya istinadən xəbər verir ki, gələn il dövlət büdcəsi gəlirlərinin 48,9 faizi Dövlət Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin xətiilə təmin edilməsi nəzərdə tutulur.
2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43,8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8,5 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 13.0 milyon manat və ya 6,4 faiz çoxdur.
Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 750 milyon manatı və ya 33,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6 milyard 850 milyon manatı və ya 17,8 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1 milyard 21 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981 milyon manatı və ya 2,6 faizi isə sair gəlirlərin payına düşür.
2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 78,6 faizi və ya 13 milyard 221 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4 faizi və ya 3 milyard 600.0 milyon manatı neft-qaz sektorunun payına düşür.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1 faizi həcmində olmaqla 6 milyard 850.0 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 250 milyon manat və ya 3,8 faiz, 2024-cü ilin faktı ilə müqayisədə 201,3 milyon manat və ya 3 faiz çoxdur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
21 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 33 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb






















