Dövlət Neft Fondunun nümayəndə heyətinin Yaponiyaya işgüzar səfəri baş tutub
9–12 sentyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Yaponiyaya işgüzar səfəri həyata keçirilib.
MArja.az ARDNF-ə istinadən xəbər verir ki, səfərin əsas məqsədi Yaponiyada Fondun tərəfdaş qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi, maliyyə bazarları mühitinin təhlili və investisiya imkanlarının araşdırılması olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Yaponiya Mərkəzi Bankının Monetar siyasət və maliyyə bazarlarına nəzarət məsələləri üzrə icraçı direktoru Koji Nakamura ilə görüşmüşdür. Görüş zamanı ölkənin monetar siyasəti və iqtisadi mühiti barədə fikir mübadiləsi aparılıb, həmçinin qlobal iqtisadi trendlərin və regional inkişaf meyllərinin təsirləri müzakirə olunub
Daha sonra nümayəndə heyəti Yaponiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Bankının (JBIC) sədri Tadaşi Maeda ilə görüş keçirib. Burada qurumun Azərbaycandakı fəaliyyəti, indiyədək həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Tərəflər birgə investisiya təşəbbüslərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tokioda təşkil olunmuş digər mühüm görüşlərdən biri də Tokio Fond Birjasına səfər çərçivəsində baş tutub. Burada aparılan müzakirələrdə Yaponiyanın fond bazarlarında son illərdə həyata keçirilən institusional islahatlar, şəffaflıq və korporativ idarəetmənin gücləndirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunub.
Bundan sonra nümayəndə heyəti Fondun uzun illərdir əməkdaşlıq etdiyi “Sumitomo Mitsui Trust Group” rəhbərliyi ilə görüşüb. Tərəflər mövcud əlaqələrin hazırkı vəziyyətini nəzərdən keçirib, qarşılıqlı maraq kəsb edən yeni istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Səfər çərçivəsində həmçinin “Mizuho Financial Group”, “PGIM” və “PAG Real Assets” rəhbərliyi ilə görüşlər keçirilib. Bu müzakirələrdə müxtəlif investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının qiymətləndirilməsi məsələləri diqqət mərkəzində olub.
İşgüzar səfər çərçivəsində nümayəndə heyəti həmçinin Osaka şəhərində keçirilən EXPO 2025 sərgisi çərçivəsində inşa olunan Azərbaycan pavilyonunu ziyarət edib. ARDNF-nin nümayəndələri pavilyonun konsepti ilə tanış olub, Fondun fəaliyyəti və strateji baxışı barədə təqdimat edərək iştirakçılarla fikir mübadiləsi aparıblar. Təqdimatda ARDNF-nin maliyyə və investisiya təcrübəsi ilə yanaşı, makroiqtisadi sabitliyin təminatı və milli sərvətin gələcək dayanıqlı inkişafa yönləndirilməsi istiqamətində Fondun rolu haqqında bəhs edilib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
21 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 33 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























