Mərkəzi Bankın tərəfdaşlığı ilə keçirilmiş 49-cu ICPC dünya finalı başa çatıb
Mərkəzi Bankın tərəfdaşlığı ilə ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı başa çatıb. Komandalar 5 saat ərzində real problemlərə ən effektiv həll yollarını təqdim etmək üçün intensiv mübarizə aparıblar.
Sentyabr ayının 4-də Bakı Ekspo Mərkəzində ICPC icmasının, tərəfdaşların və komandaların iştirakı ilə 49-cu dünya finalının rəsmi bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov iştirakçıların əzmkarlığının və birliyinin onları irəli aparan bir xüsusiyyət olduğunu vurğulayıb. Sədr iştirakçıları dünyanın rəqəmsal gələcəyini formalaşdıracaq qlobal liderlər və istedadlar cəmiyyətinin üzvü adlandıraraq onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Bağlanış mərasimində ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, ICPC fondunun baş icraçı direktoru Bill Pouçer, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov və 49-cu ICPC dünya finalının direktoru Fuad Hacıyev çıxış edərək gəncləri bu mühüm təşəbbüsdə uğurlu iştiraklarına görə təbrik ediblər.
Nəticələrin elan olunması və qaliblərin mükafatlandırılması bağlanış mərasiminin ən həyəcanverici anlarından olub. Beləliklə, 70-dən çox ölkənin 140 komanda ilə təmsil olunduğu bu yarışda Sankt-Peterburq Universiteti 11 tapşırığı həll etməklə dünya çempionu titulunu qazanıb. Tokio Universiteti, Pekin Jiatonq Universiteti və Tsinxua Universiteti də yarışın qızıl medalçıları seçilib.
Xatırladaq ki, bu tədbir Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı və “PAŞA Holding”in dəstəyi çərçivəsində həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


