"PAŞA Bank” İCPC müsabiqəsinin dünya finalının keçirilməsinə tərəfdaşlıq edib
Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” nüfuzlu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının Bakıda keçirilməsinə tərəfdaşlıq edib.
Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, eləcə də “PASHA Holding”in dəstəyi çərçivəsində Bakıda ilk dəfə keçirilən ICPC dünya finalı ölkəmizin texnoloji inkişafında mühüm hadisə hesab olunur. “OpenAI”, “Google”, “Huawei” kimi aparıcı texnologiya şirkətlərinin nümayəndələri də dünya finalında iştirakla əlaqədar Bakıda bir araya toplaşıblar. ICPC proqramlaşdırma sahəsinin inkişafı, gənclərin bu sahəyə marağının artırılması və qlobal miqyasda tanınması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Azərbaycan 2004-cü ildən ICPC-nin regional turlarında iştirak edir. Bu günə qədər ölkəmiz finalda iştirak hüququ qazanmış yalnız bir komanda ilə təmsil olunub. Bu il isə ilk dəfə olaraq Azərbaycanı dünya finalında ADA Universiteti və Bakı Ali Neft Məktəbinin iki komandası təmsil edir.
Qeyd edək ki, innovasiya və gənclərin peşəkar inkişafı istiqamətləri “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət siyasətində xüsusi yer tutur. Ölkənin texnoloji potensialına, həm də gənc nəslin bilik və bacarıqlarının inkişafına töhfə verən “PAŞA Bank”ın bu kimi beynəlxalq tədbirlərdə iştirakı uzunmüddətli hədəflərdə prioritet kimi müəyyənləşdirilib.
Azərbaycan 2004-cü ildən ICPC-nin regional turlarında iştirak edir. Bu günə qədər ölkəmiz finalda iştirak hüququ qazanmış yalnız bir komanda ilə təmsil olunurdu. Bu il isə ilk dəfə olaraq Azərbaycanı dünya finalında ADA Universiteti və Bakı Ali Neft Məktəbinin iki komandası təmsil edir.
Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları qatılıb. Ümumilikdə ICPC-nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən 3 min 500-ə yaxın universiteti təmsil edən 50 mindən çox tələbə-proqramçı mübarizə aparır. 49-cu dünya finalında isə 70 ölkədən 140 ali təhsil müəssisəsini təmsil edən komandalar (hər komandada 3 tələbə olmaqla) iştirak edir. “OpenAI”, “Google”, “Huawei” kimi aparıcı texnoloji şirkətlərin də nümayəndələri dünya finalında iştirakla əlaqədar Bakıda bir araya toplaşıblar. ICPC proqramlaşdırma sahəsinin inkişafı, gənclərin bu sahəyə marağının artırılması və qlobal miqyasda tanınması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)








.jpg)

