"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
“Goldman Sachs Group Inc.” bildirib ki, FED-in müstəqilliyi zərbə alsa və investorlar ABŞ Xəzinə istiqrazlarında saxladıqları vəsaitin kiçik bir hissəsini belə qızıla yönəltsələr, qızılın qiyməti bir unsiya üçün təxminən 5000 dollara yüksələ bilər. Ssenariyə görə, FED-in müstəqilliyi zəifləsə, inflyasiya artacaq, səhmlərin və uzunmüddətli istiqrazların qiyməti düşəcək, dolların ehtiyat valyuta statusu isə zəifləyəcəkABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəi Bankı) müstəqilliyi itirilərsə və investorlar yığımlarının heç olmasa kiçik bir hissəsini ABŞ xəzinə istiqrazlarından qızıla yönləndirərlərsə, qızılın qiyməti bir troya unsiyası üçün demək olar 5000 dollara qədər yüksələ bilər.
Marja.az xəbər verir ki, bunu “Goldman Sachs” analitikləri hesab edirlər.
“Biz hesab edirik ki, ABŞ-da özəl mülkiyyətdə olan Xəzinə istiqrazlarının 1%-i belə qızıla yönəlsə, qiymət təxminən 5 000 dollara yüksələcək. Buna görə də qızıl, əmtəə bazarında ən güclü uzunmüddətli tövsiyəmiz olaraq qalır”, – deyə analitiklər vurğulayıb.
“FED-in müstəqilliyinin zəiflədiyi bir ssenari, çox güman ki, inflyasiyanın artmasına, səhmlərin və uzunmüddətli istiqrazların ucuzlaşmasına, həmçinin dolların ehtiyat valyuta statusunun zəifləməsinə gətirib çıxaracaq”, — deyə analitiklər öz hesabatlarında bildirirlər.
Onların sözlərinə görə, “Qızıl — institutlara inamdan asılı olmayan yığım vasitəsidir”.
“Goldman Sachs” qızıl qiymətləri üçün bir neçə ssenari görür:
• Baza ssenari — 2026-cı ilin ortalarınadək qiymətlərin 1 unsiya üçün 4000 dollara yüksəlməsi;
• Mülayim riskli ssenari — qiymətlərin 4500 dollara qədər artması;
• Yüksək riskli ssenari — investorların ABŞ xəzinə istiqrazlarının bir hissəsini sataraq qızıl alması və nəticədə qiymətin 5000 dollara yaxınlaşması.
Hazırda COMEX birjasında qızıl fyuçersləri 1 unsiya üçün 3600 dollardan bir qədər aşağı səviyyədə ticarət olunur. Bu həftənin əvvəlində kotirovkalar tarixdə ilk dəfə olaraq həmin həddi aşmışdı.
Bu il qızıl ən güclü nəticə göstərən əsas əmtəələrdən biri olub – 30%-dən çox bahalaşaraq, həftənin əvvəlində rekord səviyyəyə çatıb. Artım mərkəzi bankların qızıl ehtiyatlarını artırması və FED-in yaxın vaxtlarda faizləri azaldacağına dair gözləntilərlə dəstəklənib. Əlavə olaraq, Prezident Donald Trampın FED üzərində daha çox nəzarət əldə etmək cəhdləri, o cümlədən FED-in İdarə Heyətinin üzvü Liza Kuka (Lisa Cook-) un vəzifədən uzaqlaşdırılmasına yönəlmiş təşəbbüsləri də təsir göstərib.
Bununla belə, ABŞ mərkəzi bankının mövqeyinə təzyiqlər artdıqca, qlobal bazar liderləri mümkün nəticələrdən narahatlıqlarını ifadə ediblər. Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard da qeyd edib ki, FED-in müstəqilliyini itirməsi dünya üçün “ciddi təhlükə” ola bilər.
Son məlumatlara görə, spot qızılın qiyməti bir unsiya üçün təxminən 3540 dollar təşkil edir. Çərşənbə günü isə qızıl tarixdə ilk dəfə 3578 dolları keçərək rekord qırıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
10 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
10 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























