Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasəti ilə bağlı proqnozlaşdırılan qərarlarının ön plana çıxması fonunda qızıl kəskin şəkildə bahalaşaraq tarixi maksimum səviyyəsini yeniləyib.
Qiymətli metal bu gün 3508$-a qədər yüksəlib. Lakin, bir qədər sonra geriləyən sarı metal hazırda 3496$ səviyyəsində ticarət olunur. Qeyd etmək lazımdır ki, FED-in iclası sentyabrın 16-17-də keçiriləcək. Analitiklərin 90%-i uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 4-4.25%-ə qədər endiriləcəyini proqnozlaşdırır.
EUR/USD valyuta cütlüyü 1.17360 səviyyəsindən geriləyərək 1.16870 səviyyəsinədək ucuzlaşıb. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.35490 həddindən 1.35200 həddinə kimi dəyər itirib. USD/JPY cütlüyü isə 147.040 səviyyəsindən 147.890 səviyyəsinədək qalxıb.
Neft bazarına dəstək göstərən amillər arasında Ukraynanın Rusiya enerji obyektlərinə davam edən hücumları və Rusiyadan neft tədərükündə fasilələrin yaranması ilə bağlı narahatlıqlar fonunda beynəlxalq birjalarda neftin qiyməti artıb. “Brent” markalı neftin bir barel üçün dəyəri 68.95$-a qədər yüksəlib. ”WTI” markalı neftin qiyməti isə 65.50$-a qədər yüksəlib.
Bu arada ABŞ-ın maliyyə naziri Skott Bessent bazar ertəsi bəyan edib ki, Ağ Ev bu həftə Rusiyaya təsir göstərmək üçün bütün imkanları nəzərdən keçirəcək. O qeyd edib ki, Vaşinqton Ukraynadakı münaqişənin davam etməsi səbəbindən Rusiyaya qarşı sanksiya təzyiqi variantlarını hələ də müzakirə edir.
Bazar iştirakçıları Şanxay Əməkdaşlıq Təşkilatının sammitini izləyirlər, burada çərşənbə axşamı Rusiya və Çin arasında yüksək səviyyəli danışıqlar keçirilir. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, liderlər “iqtisadi, maliyyə və enerji sahələri daxil olmaqla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib və bu sahələrdə davamlı artım tempindən məmnunluqlarını ifadə ediblər”.
Çin və Hindistan Rusiyanın ən iri neft alıcılarıdır. Keçən ay Vaşinqton Hindistanın Rusiyadan neft alışı ilə bağlı davam edən siyasəti səbəbindən ABŞ-a idxal olunan Hindistan məhsullarına əlavə gömrük rüsumları tətbiq edib.
Bu gün investorların diqqət mərkəzində Bakı vaxtı ilə saat 22:00-da ABŞ prezidenti Donald Trampın çıxışı olacaq. Əlavə olaraq, ABŞ-da Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi dərc olunacaq. Həmçinin, Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
15 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























