Azərbaycan dövlətinin 26 milyard manata yaxın borcu olduğu açıqlandı
Maliyyə Nazirliyi dövlət borcu haqqında son rəqəmləri açıqlayıb.
Marja.az "Dövlət Borcu üzrə yarımillik Statistik Bülleten"ə istinadən xəbər verir ki, 2025-ci il 01 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil etmişdir.
Ümumi dövlət borcunun 8 milyard 518,2 milyon manatı (5 milyard 10,7 milyon ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17 milyard 177,4 milyon manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.
Xarici dövlət borcu
Borcun strukturu 01 iyul 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat (76 milyard 860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil etmişdir. 2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 119 milyon ABŞ dolları və ya 2,4 faiz azalmışdır. 2025-ci ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon ABŞ dolları məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,4 faiz bəndi azalmışdır
Faiz növləri üzrə bölgü
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,3 faizini, sabit dərəcə ilə olanlar isə 50,7 faizini təşkil etmişdir.
Kreditorlar üzrə bölgü
2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 34,9%-i Asiya İnkişaf Bankının, 27,7%-i avrobondların, 14,7%-i Dünya Bankının, 22,7%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
Xarici dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti
2025-ci ilin 01 iyul tarixinə ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 77,7 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 15,5 dəfə üstələyir.
Ödəmə müddəti üzrə bölgü
Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun Orta Ödəmə Müddəti
Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 5,4 təşkil edir.
Valyuta üzrə bölgü
01 iyul 2025-ci il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,1 faiz, avro – 6,5 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.
Daxili dövlət borcu
Daxili dövlət borcunun illər üzrə dinamikası 01 iyul 2025-ci il tarixinə daxili dövlət borcu 17 milyard 177,4 milyon manat və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyard 482,3 milyon manat və ya 7,9 faiz azalmışdır. 2025-ci ilin 01 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,7 faiz bəndi azalmışdır.
Borcun strukturu 01 iyul 2025-ci il tarixinə daxili dövlət borcunun 8 milyard 26,8 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 150,6 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
Dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 7,6 dəfə artaraq 01 iyul 2025-ci il tarixinə 8 milyard 26,8 milyon manata çatmışdır.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
- 40 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
-
1 saat əvvəl
AZAL təyyarə salonunda smartfonların “powerbank” ilə doldurulmasını qadağan edir
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
-
2 saat əvvəl
Müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyuldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək
Azərbaycanın kapital bazarlarında tarixi saziş
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Ən çox oxunanlar
Çin dövlətindən "boz bazar"a zərbə
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
Rəsmi məzənnələr açıqlandı
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib













.jpg)









.jpg)

