FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, iki günlük iclasın sonunda FED faiz dərəcələrini 4,25% - 4,50% aralığında sabit saxladı. Bazarlarda da FED-in faizlərini dəyişməz saxlayacağı gözlənilirdi.
FED sədri Jerome Powell, ABŞ prezidenti Donald Trampın faizləri azaltmaq üçün təzyiqi altındadır.
Bəzi investorlar FED-in sentyabr və dekabr aylarında olmaqla bu il faizlərini iki dəfə aşağı salacağını nəzərdə tuturlar.
İnvestorlar bir sıra mərkəzi bank qərarlarını, iqtisadi hesabatları, şirkətlərin maliyyə nəticələrini, eləcə də ABŞ Prezidenti Donald Trampın 1 avqust tarif tarixini gözləyirlər. Həmçinin, bazar iştirakçıları bu həftənin sonunda açıqlanacaq ABŞ-ın iqtisadi məlumatlarını, o cümlədən inflyasiya rəqəmlərini və aylıq məşğulluq hesabatlarını da gözləyirlər.
Yaponiya Mərkəzi Bankı (BoJ) cümə axşamı faiz qərarını açıqlayacaq. BoJ-ın da faizni dəyişməz saxlayacağı gözlənilir.
Bakı vaxtı ilə saat 22:10-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,6% düşərək 1,1483 dollar olub (Avro ucuzlaşıb, dollar bahalaşıb). Qızılın unsiuyasının qiyməti 1%-ə yaxın düşərək 3297 dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
16 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
19 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
20 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)




