Avropa Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlamaq qərarına gəlib
Avropa Mərkəzi Bankı: Güclü avro inflyasiyanı gözlənildiyindən daha çox azalda bilər.Avropa Mərkəzi Bankı (AMB və ya European Central Bank (ECB)) Avropa ilə ABŞ arasında ticarətlə bağlı qeyri-müəyyənliyin ortadan qalxacağına ümid edərək, son yeddi iclasında faiz dərəcələrini endirdikdən sonra, iyulun 24-də sabit saxlayıb.
Marja xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) depozit faiz dərəcəsini 2 faiz, siyasət faizini 2,15 faiz, gecəlik kreditləşmə faizini isə 2,40 faiz səviyyəsində saxlayıb.
Bloomberg sorğusuna qatılan iqtisadçılar da faiz dərəcələrinin sabit qalacağını gözləyirdilər.
Qərar mətnində, son məlumatların ümumiyyətlə bankın inflyasiya proqnozu ilə bağlı əvvəlki qiymətləndirmələrinə uyğun olduğu bildirilib.
Bank, maaş artımının yavaşlaması ilə Avrozonada qiymət təzyiqlərinin azalmağa davam etdiyini qeyd edib və əlavə edib ki, iqtisadiyyat qismən keçmiş faiz dərəcələrinin azaldılması səbəbindən çətin qlobal mühitdə dayanıqlı qalıb.
Bununla belə, bank qeyd edib ki, mövcud mühit xüsusilə ticarət mübahisələri səbəbindən qeyri-müəyyən olaraq qalır.
ECB ortamüddətli dövrdə inflyasiyanın 2 faizlik hədəfdə sabitləşməsini təmin etmək əzmində olduğunu vurğulayıb və pul siyasəti mövqeyini müəyyən etmək üçün məlumatlara əsaslanan yanaşmasını bir daha təkrarlayıb.
Qərardan sonra ECB sədri Christine Lagarde (Kristin Laqard) mətbuat konfransı üçün kameralar qarşısına keçib.
İqtisadiyyatın dayanıqlılığına diqqət çəkən Kristin Laqard, gömrük rüsumları ilə əlaaqədar olaraq qarşıdakı dövrün qeyri-müəyyən olmasının gözlənildiyini deyib. O, qeyd edib ki, iqtisadi perspektiv üçün risklər aşağı istiqamətdədir.
Avro Bölgəsini və iqtisadiyyatını gücləndirmələri lazım olduğunu bildirən Laqard, ECB-nin daha məhsuldar, rəqabətli və dayanıqlı olması lazım olduğunu deyib.
Laqard inflyasiyanın 2% ətrafında və ECB-nin hazırda yaxşı bir yerdə olduğunu vurğulayıb.
Güclü bir avronun inflyasiyanı gözlənildiyindən daha çox azalda biləcəyini qeyd edən Laqard, qlobal ticarət danışıqlarının gedişatına diqqət etdiklərini, lakin gömrük rüsumlarının və ticarətin yavaşlamasının inflyasiyaya necə təsir edəcəyini bilmədiklərini ifadə edib.
Laqard heç bir məzənnə hədəflərinin olmadığını və iqtisadi proqnozlarda əhəmiyyətli olduğu üçün məzənnələri yaxından izlədiklərini bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























