Qafar Demirçinin faktorinq şirkətinin kredit portfeli 50 milyonu keçib, gəliri və mənfəəti artıb
Faktorinq xidmətləri götərən "Ferrum Kapital" QSC 2024-cü ili 2 milyon 708 min manat xalis məmfəət ilə başa vurub. Şirkət 2023-cü ili 2 milyon 265 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ferrum Kapital"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 443 min manat və ya 19,5% artıb.
Marja.az xəbər verir ki, "Ferrum Kapital"ın faiz gəlirləri 2023-cü ildə 18 milyon 53 min manat ikən, 2024-cü ildə 22 milyon 514 min manat təşkil edib (4 milyon 461 min manat və ya 24,7% artıb).
Ötən il "Ferrum Kapital"ın kredit portfeli 10 milyon 405 min manat və ya 25,8% artaraq 31 dekabr 2024-cü il tarixində 50 milyon 647 min manata çatıb.
"Ferrum Kapital" QSC-nin nizamnamə kapitalının 68%-i Demirçi Qafar Aydın oğluna, 23%-i İran vətəndaşı Habib Zadeh Mohammad Reza Parviz-ə, 4,5%-i "AQA" Şirkətlər Qrupuna, 4,5%-i "Vesta İnvestment" QSC-yə məxsusdur. “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Demirçidir.
Qeyd edək ki, "Fеrrum Kapital" QSС 1 milyon manatlıq istiqraz buraxıb (hər birinin nominal dəyəri 100 manat оlап 10 000 ədəd, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar). İstiqrazlar üzrə faiz dərəcəsi illik 14%, tədavül müddəti 12 ay, faiz ödənişi dövrü 90 gündən birdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























