İri bank “Azərbaycanın ən yaxşı bankı 2025” mükafatına layiq görülüb
Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı bankı 2025” nominasiyasında qalib elan olunub.
Bankın yaydığı press-relizdə bildirilir ki, mükafat 17 iyul 2025-ci il tarixində Londonda keçirilən ənənəvi “Awards for Excellence – 2025” mükafatlarının təqdimatı zamanı “PAŞA Bank”ı təmsil edən nümayəndə heyətinin rəhbəri, İdarə Heyətinin sədri Cavid Quliyevə və rəhbər heyətə təqdim olunub.
“Euromoney” mütəxəssisəri bankları hər nominasiya üzrə meyarlara uyğun xüsusi qiymətləndirmə sistemləri və metodlardan istifadə etməklə dəyərləndirir. Əsas parametrlər arasında bazar payının artımı və maliyyə göstəricilərinin yaxşılaşdırılması, məhsul, xidmət, rəqəmsal həllər və texnologiyalarda innovasiyaların tətbiqi yer alır. Qiymətləndirmə sistemi iştirakçıların uğurlu strategiyalar, texnologiya yenilikləri və fərqli biznes təşəbbüslərlə bazara təsirini açıq göstərir.
2025-ci ildə “PAŞA Bank” HSBC, Morgan Stanley, Santander, Societe Generale kimi bir sıra nüfuzlu banklarla yanaşı bu mükafatla təltif olunub.
Cavid Quliyev mükafatı rəhbərlik etdiyi qurumun göstərdiyi dayanıqlı və yüksək səviyyəli xidmətinin beynəlxalq səviyyədə təkrar təsdiqi kimi qiymətləndirib.
“PAŞA Bank real sektor biznesləri ilə vaxtında və sıx dialoqa girərək, onların qarşılaşdıqları çətinlikləri aşkar edib həll yolları təklif edir. Bu proaktiv yanaşma sahibkarların bazardakı mövqeyini qoruyub möhkəmləndirməsinə kömək edir, Bankın kredit portfelinin keyfiyyətini yüksəldir və ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verir. Müştəri yönümlü yanaşmamızı daha da gücləndirərək, gələcək illərdə innovativ və etibarlı bank təcrübəsi yaratmağa davam etməyi hədəfləyirik. Bankın hər bir əməkdaşına göstərdikləri davamlı və keyfiyyətli işə görə təşəkkür edir, bu prestijli mükafatın əldə olunmasında onların böyük payı olduğunu qeyd etmək istəyirəm”, - deyə Cavid Quliyev vurğulayıb.
Qeyd edilib ki, son illərdə mühüm uğurlar əldə edən “PAŞA Bank”, müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir. 2025-ci ilin “CustomerFirst” ili elan olunması bu istiqamətin strateji şəkildə davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu göstərir. Rəqəmsal imkanlarla təqdim olunan çevik və etibarlı maliyyə həlləri isə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına və rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verir.
Belə ki, real sektorda bizneslərin inkişaf hədəfini rəhbər tutan “PAŞA Bank”, 2025-ci ilin 6 ayının nəticələrinə görə, 3.280 mlrd AZN kredit portfelinin 85%-ə qədərini qeyri-neft sektoruna aid edib. Qeyri-neft sektoru daxilində ayrılan məbləğin 30 %-ə qədəri ticarət, 15 %-i tikinti, 11%-i nəqliyyat, 8%-i kənd təsərrüfatı, 38%-i isə sənaye, İKT, digər qeyri istehsal və xidmət sektorunu əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 18 saat sonra
-
- 5 saat əvvəl
-
10 saat əvvəl
Dünyanın ən böyük qızıl ehtiyatı: Yerdəki bütün qızılın 99,999%-i oradadır
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib
-
1 gün əvvəl
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
2 gün əvvəl
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
-
2 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Pfizer, Metsera-nı 10 milyard dollara alır
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
Ən çox oxunanlar
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Noyabrın 9-da gözlənilən hava şəraiti
Bakıda Zəfər muzeyinin açılışı olub
Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi
Azərbaycan Zəfər Gününü qeyd edir
Bank Naxçıvanda yeni konsepsiya ilə filial açıb














.jpg)




.jpg)

