Əvvəllər cəhdlərin uğursuz olduğu layihə üzrə əsas mərhələlərdən birinə start verildi
İyulun 11-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “AzerGold” QSC-nin törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında “Daşkəsən” dəmir filizi sahəsində istehsal zəncirinin qurulması üzrə əsas mərhələlərdən birinin icrasına dair müqavilə imzalanıb.
“AzerGold” QSC-nin yaydığı məlumatda bildirilir ki, Bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə müqaviləni “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən Baş direktor Ceyhun Əliyev, “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti tərəfindən Baş menecer Hua Guanglin imzalayıb.
Məlum olduğu kimi, ölkəmizdə dəmir filizi yataqlarının öyrənilməsi və bu sahənin inkişaf etdirilməsi dövlət başçısının 1 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq icra edilir. Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə 2020-ci ildə “AzerGold” tərəfindən törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilərək, fəaliyyətə başlayıb.
“Daşkəsən” dəmir filizi yataqları kompleksində istismar işlərinə ilk dəfə SSRİ dövründə başlanılıb. Ümumilikdə, 1954-1994 illər arasında burada istismarı ən əlverişli müəyyən edilən yataqda hasilat işləri və dəmir konsentratının istehsalı aparılıb, sonrakı dövrlərdə isə hasilat və istehsal fasilələrlə qismən həyata keçirilib. Sahədə filizlərin dəmir tərkibinin nisbətən aşağı olması, filizlərin yerin daha dərin qatlarında yerləşməsi, üstaçma əmsalının yüksəlməsi ilə nəticələndiyi, ölkənin birbaşa beynəlxalq sulara çıxışının olmadığından dolayı logistik xərclərin artması kimi amillər səbəbindən yataqda fəaliyyətin bərpa edilməsi cəhdləri uğursuz olub.
“Daşkəsən Dəmir Filiz” MMC tərəfindən yatağın səmərli və davamlı istismarının təmin edilməsi məqsədilə 2020-ci ildən etibarən burada geniş kəşfiyyat işləri aparılıb, mineral ehtiyatların beynəlxalq standartlara uyğun olaraq yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan ümumi ehtiyatlarda 70 milyon ton filiz kütləsinin artımı təsdiqlənərək 187.3 milyon ton təşkil edib.
Bundan əlavə, dəmir filizi konsentratının istehsalı üçün Zənginləşdirmə zavodu, zənginləşdirilmiş konsentratın emalı üçün Pellet zavodu, pelletdən yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (Hot Briquetted Iron - HBI) alınması üçün HBI zavodunun tikintisi olmaqla, yatağın iqtisadi səmərəliliyini təmin etmək üçün üçmərhələli istehsal zəncirinin qurulması qərara alınıb. Qeyd olunan zavodların və bu zavodlar arasında konsentratın nəqlinin təmin edilməsi üçün şlam boru kəmərinin ilkin layihələndirmə sənədləri hazırlanıb. Metallurji sınaqlar uğurla tamamlanıb, nəticədə ”Daşkəsən” yataqlar qrupunun tarixində ilk dəfə laboratoriya şəraitində 69%-dək dəmir tərkibli konsentrat və 97%-dək metallizasiya ilə isti breketləşdirilmiş dəmirin istehsalına nail olunub. Əldə edilən məlumatlar əsasında beynəlxalq nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə həm texniki, həm də iqtisadi məqamları əhatə etməklə yenilənmiş icra strategiyası və müvafiq yol xəritəsi hazırlanaraq təsdiq edilib.
Görülən kompleks işlər və müfəssəl təhlillər “Daşkəsən” yataqlar qrupunun kommersiya baxımından səmərəli və davamlı şəkildə işlənməsini təmin etmək üçün beynəlxalq təcrübəyə uyğun olaraq ətraflı bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına zəmin yaradıb. Belə ki, “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən 2024-cü ilin ortalarından etibarən bu sahədə ixtisaslaşmış bir sıra dünyamiqyaslı şirkətlərlə danışıqlar aparılıb, nəticədə, Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti ilə əməkdaşlığın qurulması qərara alınıb.
Ümumi dəyəri 2 450 000 ABŞ dolları olan müqavilə çərçivəsində 2 il ərzində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi mədənin ən optimal iqtisadi və ekoloji yanaşmalarını əhatə edərək, layihənin maliyyələşdirilməsi üçün müvafiq institutlar, potensial investorlar və banklar qarşısında əsas istinad sənədi kimi çıxış edəcək. Sənəd iqtisadi səmərli filizlərin həcmi və uyğun texnoloji həlləri, tikinti və mühəndislik işlərini əhatə etməklə yatağın tammiqyaslı işlənməsi üçün növbəti mərhələlərə keçid etməyə imkan yaradacaq. Çin şirkəti ilə yanaşı, sənədin hazırlanmasının müxtəlif lokal komponentlərində müvafiq yerli podratçıların xidmətlərindən istifadə ediləcək.
Qeyd edək ki, “Sinosteel Equipment & Engineering Co., Ltd” metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan şirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənaye layihələrini icra edib. Bu şirkət, həmçinin dəmir filizinin emalı ilə bağlı müəssisələrin qurulması və idarə edilməsində avadanlıqların inteqrasiyası, yüksək texnologiyaların tətbiqi və elmi yanaşmaların tətbiqi üzrə xidmətlər göstərir. Şirkət texnoloji və ekoloji təhlükəsiz hasilat və emal üsullarından istifadə etməklə Türkiyə, Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimi ölkələrdə resursların səmərəli istismarını təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























