Unibankın sədri öz istəyi ilə bankdan ayrılıb, müvəqqəti sədr təyin edilib
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb. Unibank-ın sədri Fərid Abuşov öz istəyi ilə bankdan ayrılıb. Sədrin müavini Heybət Qədirov müvəqqəti olaraq sədr vəzifəsini icra edəcək.“Unibank” Kommersiya Bankı ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən formalaşdırılıb.
Marja.az Banka istinadən xəbər verir ki, qəbul edilmiş qərar Bankın korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi və gələcək inkişaf hədəflərinə uyğunlaşdırılması məqsədini daşıyır.
Təsdiqlənmiş tərkibə əsasən, İdarə Heyəti sədrinin müavini Heybət Qədirov müvəqqəti olaraq İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. Heybət Qədirov 2008-ci ildən Unibank komandasının üzvüdür. Bu təyinatadək müxtəlif vəzifələrdə çalışıb.
Yeni tərkibə əsasən, İdarə Heyətinin digər üzvləri isə Baş Maliyyə İnzibatçısı Faiq Zeynalov və Baş Risk İnzibatçısı Andrey Qrabdır.
Unibank KB-nin İdarə Heyətinin sədri Fərid Abuşovöz istəyi ilə bankdan ayrılıb. Bankın səhmdarları rəhbərliyi dövründə Bankın inkişafına verdiyi töhfələrə görə, Fərid Abuşova öz minnətdarlığını bildirir və gələcək fəaliyyətində uğurlar arzulayır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























