Azərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərir
Azərbaycanda yaradılan ilk və ən böyük mavigilə təsərrüfatında bu mövsüm 100 tona yaxın məhsul toplanacaq.
Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yerləşən mavigilə bağlarında məhsul yığımının qızğın çağıdır. Mavigilənin toplanmasına iyunun əvvəllərindən başlanılıb. Yığım prosesi iki ay davam edir və iyul ayının sonlarında yekunlaşacaq.
2018-ci ildən fəaliyyətə başlayan təsərrüfatda mavigilənin Azərbaycan iqliminə uyğunlaşdırılmış müxtəlif sortları becərilir.
Təsərrüfatın sahə rəisi Əli Qəmbərov bildirib ki, iyirmi hektar ərazidən ötən il 80 tona yaxın məhsul toplanıb. Bu il isə təsərrüfatda məhsuldarlıq daha yaxşıdır.
“Bizim təsərrüfat 7 ildir fəaliyyət göstərir. İlk dəfə mavigilə kollarından 2020-ci ildə məhsul toplamışıq. Hazırda təsərrüfatımız genişləndirilib. Bu mövsüm məhsul yığımına iyunun ilk günlərindən başlamışıq. Məhsuldarlıq yaxşıdır. Hər gün yığım edirik. Məhsul toplanmasına günəmuzd işçilər cəlb olunur. Təsərrüfatın daimi 30 işçisi var. Yığım dövründə isə elə günlər olur ki, 200 nəfərə yaxın işçi cəlb edilir. Məhsul kollardan əllə toplanaraq, 0,5 və 0,25 kiloqramlıq qablara yığılır. Qablaşdırılan məhsul soyuducu anbarda saxlanılır və oradan satışa çıxarılır. Hazırda məhsulun bir kiloqramının topdansatış qiyməti 24 manatdır”, - deyə Əli Qəmbərov söyləyib.
Təsərrüfatda becərilən məhsulun 80 faizi xaricə ixrac olunur. Azərbaycan mavigiləsinin ixracı əsasən MDB və Körfəz ölkələrinə həyata keçirilir. Gələcəkdə Avropa ölkələrinə də məhsul satılması hədəflənib. Xarici bazara çıxarılan məhsulun keyfiyyəti, ölçüsü, rəngi və ən əsas da tərkibi standartlara cavab verməlidir.
Məhsulun bir hissəsi isə yerli bazarda satılır. Mavigilə xüsusi avtomobillərlə Bakıya daşınır və satış mərkəzlərinə paylanılır.
Siyəzəndəki mavigilə təsərrüfatı qurulanda Azərbaycana ilk dəfə 4 müxtəlif ölkədən 11 çeşiddə mavigilə gətirilib. Avstraliya, Çili, Niderland və İspaniyadan alınan bitkilərdən yalnız dörd sortu yerli əraziyə uyğunlaşıb. Həmin sortlardan üçünün becərilməsi əlverişli olduğu və kommersiya maraqlarına cavab verdiyi üçün becərilməsinə başlanılıb.
Təsərrüfatda aqrotexniki qulluq zamanı innovativ metodlardan istifadə olunur. Suvarma üçün ultrabənövşəyi filtrlərdən və osmozdan istifadə edilir ki, bu da bitki xəstəlikləri riskini aradan qaldırır. Bitkiləri tozlandırmaq üçün "Bambus" arılarından istifadə olunur.
Əli Qəmbərov bildirib ki, mavigilə bağları ilboyu aqrotexniki qulluq tələb edir. Yetişməmişdən əvvəl, meyvə vaxtı və məhsul toplandıqdan sonra bitkilərə qulluq etmək lazımdır. Xüsusilə budamaya diqqət etmək vacibdir. Növbəti il üçün məhsuldarlığın səviyyəsi, mavigilənin keyfiyyəti, ölçüsü budamadan çox asılıdır.
“Burada becərilən bitkilər Azərbaycan iqliminə tam uyğunlaşıb. Amma biz mavigiləni xüsusi torfla doldurulmuş dibçəklərdə yetişdiririk. Çünki Siyəzəndə torpağın pH (turşuluğu) səviyyəsi yüksəkdir. Bir hektarda 8 mindən çox bitki yerləşir. Bu bitkilərin kökləri mineral gübrələrə çox həssasdır. Mavigilənin yetişdirilməsində pestisidlərdən istifadə olunmur. Bu da onu tam orqanik edən amillərdəndir. Bitkilər damlama üsulu ilə suvarılır”, - deyə o əlavə edib.
Mavigilənin ən böyük üstünlüyü antioksidantla zəngin olmasındadır. Antioksidantlar insan bədənində iltihab prosesləri ilə mübarizə aparır və sərbəst radikalları neytrallaşdırır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edildikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı azalır. Mavigilənin şəkər miqdarı çox az olduğundan diabet xəstəliyindən əziyyət çəkənlər üçün də xeyirlidir. Bu giləmeyvənin 100 qramında cəmi 56 kalori var. Buna görə də idmanla məşğul olanlar üçün mavigilə olduqca faydalıdır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)




