“Miles&Smiles PAŞA Bank” kart sahibləri üçün 50% əlavə mil kampaniyası!
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəri təcrübəsini təkmilləşdirmək məqsədilə yeni kampaniyaya start verir.
“Türk Hava Yolları” ilə keçirilən birgə kampaniya çərçivəsində, “Miles&Smiles PAŞA Bank” kart sahiblərinə bütün partnyor şəbəkələrdə ödəniş zamanı qazandıqları hər 1 milə əlavə olaraq 0,5 mil hədiyyə ediləcək. Bu unikal fürsətdən yararlanaraq, kart sahibləri topladıqları milləri daha sürətlə artıraraq “Türk Hava Yolları”nın geniş uçuş şəbəkəsindən faydalana və sərfəli səyahət imkanı qazana bilərlər.
Kampaniyanın əsas şərtləri:
- Təklif yalnız 31 iyul 2025-ci il tarixinədək “Miles&Smiles PAŞA Bank” kartları ilə qazanılmış millərə şamil edilir;
- Xüsusi təklif çərçivəsində istifadəçilərə qazandıqları millərin üzərinə əlavə 50% mil təqdim ediləcək. Status milləri üçün əlavə mil hesablanmır;
- Kampaniya çərçivəsində bir istifadəçi maksimum 100,000 əlavə mil qazana bilər;
- Bu kampaniya “Türk Hava Yolları”nın digər kampaniyaları ilə birləşdirilə bilməz;
- Kampaniya dövründə “PAŞA Bank” vasitəsilə qazanılmış ümumi millər kampaniyanın sonunda hesablanacaq və kampaniya milləri 1 ay ərzində istifadəçilərin hesabına əlavə olunacaq.
“Miles&Smiles PAŞA Bank” kartları – səyahət azadlığını və üstünlükləri bir araya gətirir. "PAŞA Bank" tərəfindən təqdim olunan “Miles&Smiles Platinum”, “Miles&Smiles Black” və “Miles&Smiles Elite” kart sahibləri nağdsız ödənişlərdən millər toplayaraq onları müxtəlif imtiyazlara çevirə bilərlər. Qazandıqları millərlə “Türk Hava Yolları” və “Star Alliance” üzvü olan digər hava yollarında aviabiletlər sifariş etmək, ekonom sinfindən biznes sinfinə yüksəliş etmək, əlavə baqaj haqqı, oturacaq seçimi kimi üstünlüklərdən faydalanmaq və shopandmiles.com platformasında alış-veriş etmək mümkündür. Kartın əsas fərqləndirici xüsusiyyətlərindən biri – 3,000-dək “Xoş gəldin milləri”nin təqdim olunmasıdır. Kart növündən asılı olaraq təklif olunan bu bonuslar “Miles&Smiles PAŞA Bank” kartlarını səyahətsevərlər üçün daha da cəlbedici edir. Kampaniya şərtləri haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 8 saat sonra
-
- 4 saat sonra
-
12 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
13 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
13 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb










.jpg)











