Kapital Bank-da yeni təyinatlar
“Kapital Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə bankda bir neçə yeni təyinat baş tutub.
Marja.az Banka istinadən xəbər verir ki, İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı Cavid Mirzəyev Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib.
Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib. O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir. Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb. 2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür.
Müşahidə Şurasının növbəti qərarı ilə bankın Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri Ağarza Baxşiyevə də yeni səlahiyyətlər həvalə olunub. Belə ki, o, bankdakı fəaliyyətini İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı olaraq davam etdirəcək.
Qeyd edək ki, Ağarza Baxşiyev 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili alıb. Magistr təhsilini 2010-2013-cü illərdə Lozanna Universitetində (Université de Lausanne, İsveçrə) iqtisadiyyat üzrə tamamlayıb. Karyerasına 2007-ci ildə bank sektorunda başlayan Ağarza Baxşiyev 2012-2014-cü illərdə “Unibank”, 2014-2015-ci illərdə isə “DemirBank”da rəhbər vəzifələrdə çalışıb. 2015-ci ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir. Bu müddət ərzində o, ERM və Analitik şöbəsinin rəhbəri, Risk İdarəetmə üzrə direktor müavini və direktor, Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri kimi fəaliyyət göstərib.
Yeni qərarın ardından Kapital Bank-ın İdarə Heyəti Fərid Hüseynovun rəhbərliyi ilə yeddi nəfərdən ibarət tərkibdə fəaliyyətini davam etdirəcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
1 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
2 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Ən çox oxunanlar
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib
CBS: ABŞ-ın İrana hücumlarının xərci 50 milyard dollara yaxındır













.jpg)








