Dövlət agentliyi Çinin "Datang" şirkəti ilə anlaşdı
Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla “China Datang Korporasiyası”nın sədri Lyu Jun arasında görüş keçirilib.
Azərbaycanın Energetika Nazirliyinin yaydığı məlumata görə, görüşdə Çin şirkətlərinin Azərbaycanın “yaşıl enerji” kursunun əsas tərəfdaşlarından olduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinə maraq ifadə edilib. Bu ilin aprelində Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına dövlət səfəri zamanı imzalanmış Birgə Bəyanatın bərpa olunan enerji mənbələri sahəsində fəal əməkdaşlığı və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəli aparmağı təşviq etdiyi vurğulanıb. Bu xüsusda Çin şirkətləri, o cümlədən “China Datang Overseas Investment Co. Ltd” ilə bərpa olunan enerji sahəsində imzalanmış müqavilələrin əhəmiyyətindən bəhs edilib.
Görüş zamanı Azərbaycanın “yaşıl enerji” layihələri, şirkətlə əməkdaşlıq çərçivəsində dənizdə külək enerjisinin inkişafı və günəş elektrik stansiyası layihələrinin icrası, həmçinin potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “China Datang Overseas Investment Co. Ltd” arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur.
Sənədə əsasən, “China Datang Overseas Investment Co. Ltd” ilə şirkətin texniki imkanlarının və elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının tətbiqi, eləcə də HVDC layihələrinin dizaynı, mühəndislik və tikinti idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Çin şirkətlərinin cəlb olunması üçün texniki və maliyyə dəstəyi sahəsində əməkdaşlıq ediləcək.
Görüş zamanı Azərbaycanın energetika sektoru üzrə mütəxəssisləri üçün təlim proqramına da start verilib. Proqramın məqsədi şəbəkə idarəçiliyi, sualtı kabel layihələri, üzən günəş texnologiyaları və batareya enerji sistemləri sahələrində qabaqcıl təcrübə ilə tanışlıqdır. Təlim çərçivəsində praktiki ekskursiyalar və müxtəlif enerji obyektlərinə səfərlərin təşkili də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)







.jpg)






