Tamamilə yeni mobil tətbiq – "Birbank Invest"
Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Birbank bu dəfə müştərilərinə investisiya dünyasının qapılarını açır.
Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşulur.
"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə həyata keçirilən layihə hər kəsə qlobal maliyyə bazarlarına rahat və sərfəli çıxış təqdim edir. Birbank Invest-lə dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, zamansız və təhlükəsizdir.
Qeyd edək ki, Birbank brendinin təqdim etdiyi Birbank Invest, Azərbaycanda bank tərəfindən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Tətbiq həm investisiya sahəsində ilk addım atanlar, həm də təcrübəli investorlar üçün nəzərdə tutulub. İstifadəçilər bu innovativ platforma sayəsində sərvətlərini asanlıqla idarə edə, investisiya imkanlarından effektiv şəkildə faydalana bilərlər.
Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest istifadəçilərinə unikal fürsətlər təqdim edir:
• ABŞ-ın aparıcı şirkətləri və ETF-lər daxil olmaqla, 11 000-dən çox maliyyə alətinə çıxış imkanı;
• Cəmi 1 ABŞ dolları ilə investisiyaya fürsəti;
• Hissəli səhmlərlə sərfəli və əlçatan yatırım;
• Əlavə sənəd tələb olunmadan, sürətli və tam rəqəmsal qeydiyyat prosesi;
• CFD deyil, səhmlərin birbaşa istifadəçinin adına rəsmiləşdirilməsi ilə şəffaf sahibliyin təmin olunması;
• 7/24 sifariş qəbul etmə imkanı və real vaxtda portfel izləmə funksiyası;
• Kartı manual olaraq əlavə etmədən vəsaiti anındaca yükləmə imkanı;
• Rəqabətli komissiya şərtləri: əməliyyat üzrə cəmi 0.2%, minimum 1 ABŞ dolları, maksimum 100 ABŞ dolları;
• Yüksək səviyyəli təhlükəsizlik sistemi və SIPC sığortası ilə istifadəçi balansının 500 000 ABŞ dollarınadək sığortalanması;
Birbank Invest mobil tətbiqini həm “App Store”, həm də “Google Play” platformalarından yükləmək mümkündür.
Mobil təbiqi yükləmək üçün: https://onelink.to/ryprcz
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir. İstifadəçilərə beynəlxalq maliyyə bazarlarına rahat, təhlükəsiz və əlçatan çıxış imkanı yaradan rəqəmsal platforma “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Birbank Invest barədə daha ətraflı məlumat almaq üçün https://birbankinvest.az/ saytına keçid edə, onlayn çat vasitəsilə birbaşa sorğularınızı ünvanlaya, 196 Sorğu Mərkəzinə zəng edə və ya Bank Invest-in müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz - https://linktr.ee/birbank.invest.
® Reklam
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 39 d. əvvəl
-
- 52 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























