Dənizkənarı Bulvar İdarəsi 3 milyon manatdan çox xalis mənfəət əldə edib
Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2024-cü ili 3 milyon 209 min manat mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2023-cü illə müqayisədə 25,6 dəfə çoxdur.
Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 5 milyon 715 min manat (əvvəlki ilə nisbətən 3,45 dəfə az), sair əməliyyat gəlirləri 16 milyon 895 min manat (əvvəlki il olmayıb), istiffadə etdiyi materialların dəyəri 825 min manat (əvvəlki il olmayıb), insan resursları üzrə xərcləri 14 milyon 41 min manat (18,9 % çox), amortizasiya və köhnəlmə xərcləri 1 milyon 442 min manat (16,4 % az), digər əməliyyat xərcləri 3 milyon 24 min manat (15 % az), sair əməliyyat xərcləri 30 min manat (8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 38 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 214 milyon 835 min manat olub ki, bu da illik müqayisədə 42,5 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 1 % artaraq 24 milyon 277 min manata, balans kapitalı isə 45,4 % azalaraq 190 milyon 557 min manata çatıb.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65 milyon 211 min manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























