Caspian European Club-un 2017 ilin sonunadək olan tədbirlər planı təsdiqlənib
Caspian European Club və Caspian American Club-un İcraiyyə Komitəsi tərəfindən 2017-ci ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlər planı təsdiqlənib və rəsmi saytda (www.caspianenergy.org) dərc olunub.
Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Təsdiqlənmiş proqrama əsasən, hər ayın üçüncü çərşənbə günü CEO Lunch Baku və hər ayın sonuncu cümə günü CEO Lunch Tbilisi təşkil olunacaq. Bu tədbirlər çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri, dilpomatik nümayəndəliklərinin başçıları, CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət qurulacaq. İlk CEO Lunch Tbilisi sentyabrın 29-da keçiriləcək.
Caspian Energy Forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə xüsusi sessiyalar təşkil olunacaq.
Caspian Energy Forum-un nəqliyyat və İKT sektoruna həsr olunmuş xüsusi sessiyalarında (Caspian Energy Transport & ICT Forum) iştirakla bağlı çoxsaylı müraciətlərlə əlaqədar olaraq, bu sessiyaların ayrıca təşkil olunması barədə qərar qəbul edilib. Telman Əliyevin sözlərinə görə, Caspian Energy Transport Forum planlaşdırıldığı kimi cari ilin 20 sentyabr tarixində, Caspian Energy İCT Forum isə 2018-ci ilin fevralında baş tutacaq.
Bundan əlavə, oktyabrın 11-də Bakıda “Vergi məcəlləsində dəyişikliklər” mövzusunda seminar təşkil olunacaq. Tədbiri Barattson School of Business and Finance tədris mərkəzinin nümayəndəsi Azər Qəmbərov aparacaq. Həmin günün (11 oktyabr) ikinci yarısında Caspian Energy Forum-un aqrosənaye və FMCG sektoruna (Caspian Energy Agro-Industry & FMCG Forum), oktyabrın 18-də isə turizm sektoruna həsr olunmuş xüsusi sessiyası (Caspian Energy Tourism Forum), həmçinin ənənəvi CEO Lunch Baku keçiriləcək.
Oktyabrın 25-də Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum, oktyabrın 27-də ikinci CEO Lunch Tbilisi, noyabrın 1-də Caspian Energy Forum-un inşaat sektoruna həsr olunmuş xüsusi sessiya (Caspian Energy Construction Forum), noyabrın 15-də isə maliyyə sektoruna həsr olunmuş xüsusi sessiya (Caspian Energy Finance Forum) və ənənəvi CEO Lunch Baku təşkil olunacaq.
Üçüncü CEO Lunch Tbilisi isə noyabrın 24-də baş tutacaq.
2017-ci il dekabrın 8-də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 300-dən çox nümayəndəsinin iştirak edəcəyi Caspian American Forum Baku– 2017 təşkil olunacaq.
Yuxarıda qeyd olunan tədbirlərdə qeydiyyatdan keçmək üçün üçün linklər: http://www.caspianenergy.org/index.php/registration
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 d. əvvəl
-
51 d. əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
1 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
9 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
10 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Ən çox oxunanlar
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























