Azərbaycanın iri şirkəti Qazaxıstanın böyük holdinqilə müqavilə imzaladı - “4You Baku” premium yaşayış kompleksi inşa ediləcək
“AS Group” və “BI Group” arasında strateji tərəfdaşlıq: “4You Baku” premium yaşayış kompleksi Bakıda inşa ediləcəkAzərbaycanın aparıcı şirkətlərindən biri olan “AS Group” Mərkəzi Asiyanın ən böyük tikinti-investisiya holdinqlərindən sayılan Qazaxıstanın “BI Group” Holdinqi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə Marja.az-a “AS Group” şirkətindən bildirilib.
Qeyd edilib ki, tərəfdaşlığın ilk layihəsi olaraq, Bakının mərkəzində – Tbilisi prospektində yerləşəcək “4You Baku” adlı premium yaşayış kompleksinin tikintisinə start veriləcək. 1 hektarlıq ərazidə inşa olunacaq layihə, məhdud sayda eksklüziv mənzillər və üstün yaşam şəraiti ilə fərqlənəcək. Dəniz mənzərəli şəxsi hovuz, geniş terras və barbekyu zonası olan penthauslar layihənin lüks və orijinal xarakterini önə çıxaracaq.
Tərəfdaşlıq çərçivəsində “AS Group” və “BI Group” təkcə bu layihə ilə kifayətlənməyərək, gələcəkdə də tikinti və daşınmaz əmlakın inkişafı sahəsində birgə əməkdaşlıq etməyi planlaşdırırlar. Şirkətlər güclərini birləşdirərək ölkəmizə yeni və keyfiyyətli urbanistik həllər qazandırmaq niyyətindədirlər.
“BI Group” 1998-ci ildən fəaliyyət göstərir və bu gün Mərkəzi Asiyanın ən nüfuzlu developer şirkətlərindən biri kimi tanınır. Holdinq tərkibinə “BI Development”, “BI Construction & Engineering” və “BI Education” kimi ixtisaslaşmış qurumlar daxildir. Şirkət ildə 1,5 milyon kvadratmetrlik tikinti sahəsini əhatə edən layihələr həyata keçirməklə yanaşı, dünyanın aparıcı maliyyə institutları ilə də fəal əməkdaşlıq edir.
“AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və HoReCa sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda, beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasında da mühüm töhfələr verir. Şirkət və onun layihələri haqqında daha ətraflı məlumat almaq üçün www.asgroup.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























