Azərbaycanın ən böyük bankının törəmə şirkətinin xalis mənfəəti kəskin artıb
Azərbaycanın ən iri bankı "ABB"yə məxsus "ABB-İnvest İnvestisiya Şirkəti" QSC 2024-cü ili 2 milyon 319 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 602 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "ABB-İnvest"in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 717 min manat və ya 3,9 dəfə artıb.
Marja.az Şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir ki, "ABB-İnvest"in faiz gəlirləri 2023-cü ildə 1 milyon 234 min manat, qeyri-faiz gəlirləri 958 min manat ikən, 2024-cü ildə müvafiq olaraq 1 milyon 611 min manat və 4 milyon 206 min manat təşkil edib. Qeyri-faiz gəlirlərinin kəskin artmasına xalis haqq və komissiya gəlirlərinin 4,4 dəfə artaraq 4 milyon 198 min manata yüksəlməsi səbəb olub.
31 dekabr 2024-cü il tarixində "ABB-İnvest" 26 milyon 256 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 21 milyon 970 min manat cəmi aktivlərə malik idi. Ötən ilin sonunda "ABB-İnvest"in cəmi aktivlərinin 75,7%-ni investisiya qiymətli kağızları, 20,4%-ni banklarda yerləşdirilmiş pul vəsaitləri təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























