"50 fiziki şəxs 28,3 milyon maantlıq, 5 şirkət 14 milyon manatlıq sifariş verib"
Kapital Bank-ın ümumi dəyəri 30 000 000 (otuz milyon) AZN olan və yüksək gəlirlilik təklif edən istiqrazlarının abunə yazılışı 21 may 2025-ci il tarixində Bakı Fond Birjasında başa çatıb. 55 investorun iştirak etdiyi yerləşdirmədə sifarişlərin həcmi 42 317 900 AZN təşkil edib.
Bankın yaydığı məlumatda bildirilir ki, 50 fiziki şəxs tərəfindən 28 317 900 AZN, 5 hüquqi şəxs tərəfindən 14 000 000 AZN həcmində sifariş verilib.
İstiqrazların yerləşdirilməsi 23 may tarixində uğurla yekunlaşıb.
Qeyd edək ki, istiqrazların nominal dəyəri 100 AZN, illik faiz dərəcəsi 11%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 1 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edilib ki, Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)
