"İnsanlar manatlarını gətirdikləri zaman TL satırıq"
"Ziraat Bank Azərbaycan" manatla türk lirəsi arasında üçüncü valyutaya ehtiyac olmadan ticarəti maliyyələşdirir.
"Marja" xəbər verir ki, bunu"Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirci "İş Dünyamız"ın suallarına cavab verərkən bildirib.
"İnsanlar bizə manatlarını gətirdikləri zaman, onlara TL sataraq və TL gətirdikləri zaman manat sataraq bu işləri aparırıq. Yəni hər şeyi dövlətdən gözləmək lazım deyil. 2016-cı ildə 5 milyon türk lirəsi həcmində manat-lirə ticarəti etmişik. Bu il daha da artırmaq niyyətindəyik, nə qədər tələbat olacaqsa etməyə hazırıq. Ziraatın baş ofisi də bu məsələdə bizə dəstəkdir. İndi isə iki ölkənin mərkəzi banklarının da bu prosesə qoşulub "svop" anlaşmaları edərək qarşılıqlı dəyişimlərə başlaması lazımdır",- o deyib.
Avni Demirci qeyd edib ki, bu üsul sahibkarlar üçün sərfəlidir:
"Tutaq ki, Azərbaycandan bir iş adamı Türkiyədən mal almaq istəyir, amma əlində manatı var. İndi proses belədir: mal alınması üçün müqavilə dollar və ya avroda bağlanır, iş adamı burada manatını dollara çevirir və valyuta mübadiləsindən bir qədər itirir, oradan gedir Türkiyəyə və dollarını türk lirəsinə çevirərək bir dəfə də orada itirir. Yəni bu üsul ilk növbədə vəsait itkisi ilə nəticələnir. Digər problem bu mübadilələrin vaxt itkisinə səbəb olmasıdır. Bizim sistemdə isə üçüncü ölkənin puluna ehtiyac olmadan öz pullarımızı birbaşa dəyişirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)






