Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün Böyük Britaniyada İstehlak Qiymətləri İndeksinin dərc olunması ərəfəsində funt sterlinq dollar qarşısında bahalaşmağa davam edir.
Belə ki, GBPUSD valyuta cütlüyü ötən gün 1.33340 səviyyəsini aşağıya doğru test etdikdən sonra bahalaşmağa başlayıb və 1.34350 səviyyəsinə qədər yüksəlib. Eyni dövr ərzində EUR/USD cütlüyü 1.12230 həddindən 1.13390 həddinə kimi bahalaşıb. USD/JPY cütlüyü isə ucuzlaşmağa davam edir. Məzənnə 143.640 səviyyəsinə qədər geriləyib.
Qızılın dəyəri artır. Qiymətli metal 3205$-dan 3314$-a qədər bahalaşıb. “Brent” markalı neftin bir bareli isə dünən beynəlxalq birjalarda 64.30$-a ticarət olunurdu, bugün isə artıq 65.95$-a təklif olunur. “Bitcoin” tarixi rekord həddini yeniləməyə yaxındır. Dünyada ən böyük kapitallaşmaya malik kriptovalyutanın qiyməti 107500$-ın üzərindədir.
Çərşənbə günü Yaponiyada açıqlanan məlumatlara əsasən, aprel ayında ölkədə Ticarət Saldosunun kəsiri 115.8 milyard yapon yeni təşkil edib. Yaponiyanın illik ifadədə idxalı 2.2% azalıb, ixracı isə 2% artıb. Eləcə də, Yeni Zelandiyanın Ticarət Saldosu aylıq ifadədə 1.426 milyon Yeni Zelandiya dollarına qədər yüksəlib.
Bazar ertəsi axşam ABŞ prezidenti Donald Trampla keçirilmiş telefon danışığının yekunlarına dair Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, Rusiya Ukrayna ilə mümkün sülh sazişinin gələcəkdə imzalanmasına dair memorandum üzərində işləməyə hazırdır. Bu sənəd müəyyən müddətə atəşkəsin mümkünlüyünü də əhatə edə bilər. Tramp isə “Truth Social” sosial şəbəkəsində yazıb ki, Rusiya və Ukrayna tərəfləri vəziyyətin nizamlanması üzrə danışıqlar prosesinə dərhal başlayacaqlar.
Ötən gün Avstraliya Ehtiyatlar Bankı (RBA) uçot faiz dərəcəsini 3.85%-ə qədər endirib. Almaniyada isə İstehlak Qiymətləri İndeksinin 0.3% azalacağı ehtimal olunsa da, göstərici 0.6% zəifləyib. Həmçinin, Kanadada İstehlak Qiymətləri İndeksi (CPI) aprel ayında illik ifadədə 1.7% artıb. Bununla yanaşı, aylıq ifadədə CPI apreldə 0.1% azalıb, halbuki, mart ayında bu göstərici 0.3% artmışdı. Baza inflyasiya (Core CPI) ötən ay illik ifadədə 2.5%, aylıq ifadədə isə 0.5% təşkil edib.
Bugün Birləşmiş Krallıqda inflyasiyaya dair göstəricilərdən əlavə investorlar ABŞ-da dərc olunacaq kommersiya məqsədli neft ehtiyatlarına dair məlumatları və Avrozonada maliyyə dayanıqlığı hesabatını maraqla izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
5 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
7 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)
















