Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
(®) Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə yanaşmaq kimi nəcib dəyərləri yaşadan və təbliğ edən Qırmızı Ürəklər Fondu “Qurban payı” ianə aksiyasına start verir. 6-7 iyun Qurban bayramı münasibəti ilə təşkil edilən layihə çərçivəsində xeyirxah insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payına çevriləcək.
Aksiyaya qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq üçün redhearts.az veb-saytında “İanə et” bölməsindən və Birbank mobil tətbiqindən müvafiq olaraq ianə etmək mümkündür.
Redhearts veb-saytı: https://kbl.az/qrbnpyi
Birbank mobil tətbiqi: https://bit.ly/BIRBNK
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank” ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 26 d. əvvəl
-
-
50 d. əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
55 d. əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 2 saat əvvəl
-
15 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Ən çox oxunanlar
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır






















