Ağdam Sənaye Parkında 85 milyon manatlıq istehsal
Ağdam Sənaye Parkında sahibkarlar tərəfindən indiyədək 85 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla sahibkarlar tərəfindən 85 milyon dəyərində məhsul istehsalı həyata keçirilib. Həmçinin cari ilin I rübündə 63 milyon manatlıq məhsul istehsal olunub.
Hazırda Ağdam Sənaye Parkında 27 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Qeydiyyata alınan bu 32 sahibkarlıq subyekti tərəfindən sənaye parkına 250 milyon manatdan çox investisiyanın yatırılması və 2100-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 111,7 milyon manat investisiya yatırılıb, 649 iş yeri yaradılıb.
190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.
Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 10-dan çox müəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir. Bu il parkda tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)







.jpg)






