Fitch qlobal iqtisadi artım proqnozunu aşağı saldı
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings qlobal ticarət müharibəsində ciddi eskalasiyaya görə iqtisadi artım proqnozlarını aşağı saldığını və bu il qlobal iqtisadiyyatın 1,9 faiz artacağını proqnozlaşdırdığını açıqlayıb. Əvvəlki proqnoz 2,3 faiz idi.Fitch ötən ay açıqladığı "Qlobal İqtisadi Proqnozlar" hesabatını yeniləyib.
Marja.az xəbər verir ki, kredit reytinqi agentliyi qlobal ticarət müharibəsindəki ciddi eskalasiyaya görə Dünyada iqtisadi artım ilə bağlı proqnozunu kəskin şəkildə aşağı salındığını bildirib.
Yenilənmiş hesabtda, ABŞ-da illik iqtisadi artımın 2025-ci ildə 1,2% səviyyəsində müsbət qalacağı, lakin bu artımın il boyu yavaşlayacağı və dördüncü rübdə 0,4% olacağı gözlənilir.
Açıqlamada Çinin iqtisadi artımının bu il və gələn il 4 faizdən aşağı düşəcəyi, Avrozonada isə 1 faizdən aşağı qalacağı gözlənilir.
Bu il Dünyada iqtisadi artımının 1,9 faiz olacağı və bu sürətin Covid-19 pandemiyası istisna olmaqla 2009-cu ildən bəri ən zəif artım tempi olacağı bildirilib.
Fitch-in mart ayında dərc etdiyi hesabatda qlobal iqtisadi artım proqnozu 2,3 faiz idi.
ABŞ-da inflyasiya proqnozu 4%-i ötüb
Açıqlamada ABŞ-ın “Azadlıq günü” tariflərinin gözləniləndən çox pis olduğu qeyd edilərək, əlavə tariflərin 90 gün müddətinə dayandırıldığı və Çin ilə ABŞ arasında cavab tədbirləri nəticəsində qarşılıqlı tarif dərəcələrinin 100 faizin üstünə yüksəldiyi xatırladılıb.
Hesabatda tarif artımının ABŞ-Çin ticarət axınına əhəmiyyətli dərəcədə təsir edəcəyi və ABŞ-da mənfi tədarük şokunun açıq-aşkar baş verə biləcəyi qeyd edilib.
"Böyük siyasət qeyri-müəyyənliyi biznes investisiya perspektivlərinə zərbə vurur, səhm qiymətlərindəki enişlər ev təsərrüfatlarının sərvətini azaldır və ABŞ ixracatçıları qisasdan zərbə alacaqlar", - hesabatda deyilir.
Fitch ABŞ-ın inflyasiya proqnozunun 4 faizdən yuxarı olmaqla yeniləyib.
Hesabatda Çin iqtisadiyyatının keçən il gözləniləndən daha sürətli böyüdüyü, lakin bu il artımın kəskin şəkildə yavaşlayacağı vurğulanıb.
Açıqlamada, dünyanın iki ən böyük iqtisadiyyatının yavaşlaması ilə yayılma təsirlərinin geniş bir sahəyə yayılacağı və bu vəziyyətin proqnozlarda əks olunacağı bildirilib.
Açıqlamada, iqtisadi artım proqnozunun pisləşməsinə baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini endirmək üçün dördüncü rübü gözləyəcəyi vurğulanıb.
"ABŞ dollarının zəifləməsi digər mərkəzi banklar üçün rahatlıq üçün daha çox imkan yaratdı. Biz indi Avropa Mərkəzi Bankı (AMB) və inkişaf etməkdə olan bazarlardan daha dərin faiz endirimlərini gözləyirik" - hesabatda bildirilir.
Fitch, iqtisadi aktivliyin yavaşlaması səbəbindən 2025-ci il üçün Brent markalı neftin qiyməti proqnozunu 5 dollar azaldaraq 65 dollara endirib.
Mart ayında Fitch-in dərc etdiyi hesabatda bu il ABŞ iqtisadiyyatının 1,7 faiz, Avrozona iqtisadiyyatının 0,7 faiz, Çin iqtisadiyyatının isə 4,4 faiz artacağı proqnozlaşdırılırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
49 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























