"Azər-Türk Bank" Abşeron Ticarət Mərkəzində filial açdı
Dövlət bankı "Azər-Türk Bank" ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində işlərini davam etdirir.
Bankın yaydığı məlumatda bildirilri ki, "Azər-Türk Bank" kiçik və orta təsərrüfat subyektlərinin kreditlərə əlçatanlığını artırmaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonunda fəaliyyət göstərən Abşeron Ticarət Mərkəzində “KOB ofisi” filialını müştərilərin ixtiyarına verib.
Filialda kiçik və orta biznes kreditləri əldə etmək istəyən sahibkarların əlverişli şərtlər və sadə prosedurlar əsasında maliyyələşdirilməsi həyata keçirilməklə, digər bank xidmələri də göstərilir.
Bankın bütün rəqəmsal ofislərində olduğu kimi, burada da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif edilir.
Yeni nəsil ATM və terminallar 24/7 müştərilərin xidmətində olacaq. atb kart sahibləri burada təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-lər vasitəsilə kart hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını yerinə yetirə biləcəklər.
Müasir tipli bu yeni ofis Abşeron Ticarət Mərkəzində, 1-ci sıra, 6-cı korpusda yerləşir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
7 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
-
- 9 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı























