PAŞA Holding-in təşkilatçılığı ilə Gürcüstanda “INMerge” İnnovasiya Sammitinin ilk regional tədbiri keçirilib
PAŞA Holding-in təşkilatçılığı, PAŞA Bank Gürcüstan-ın dəstəyi ilə “INMerge” İnnovasiya Sammitinin ilk regional tədbiri Gürcüstanın paytaxtı Tiflis şəhərində uğurla başa çatdı.
150-dən çox iştirakçının, o cümlədən aparıcı sahibkarların, investorların və ekosistem iştirakçılarının bir araya gəldiyi tədbir, korporativ innovasiya, startapların inkişafı və investisiya imkanları üzrə müzakirələr üçün cəlbedici bir mühit təqdim etdi.
Tədbirin əsas məqamlarından biri, "İşgüzar İnkişaf üçün İnnovasiya – Korporativ Strategiya və Ekosistem Dinamikası Arasında Körpü Qurmaq" mövzusunda keçirilən panel müzakirəsi oldu. PASHA Bank Gürcüstanın Biznes İnkişafı Departamentinin rəhbəri Maka Gvritishvili-nin moderatorluğu ilə keçirilən müzakirəyə Pedro Santos Vieira - 500 Global şirkətinin tərəfdaşı, Iro Tsagareishvili - AXEL şirkətinin icraçı direktoru, Nino Chedia - United Payment Georgia-nın icraçı direktoru, Zviad Tsotskolauri - Signify şirkətinin CEO-su, eləcə də Lika Merabishvili - StrategEast şirkətinin Qafqaz üzrə regional direktoru kimi nüfuzlu ekspertlər qatıldılar. Panel müzakirəsində innovasiyanın işgüzar inkişafdakı rolu müzakirə olundu və korporativ strategiyalarla startap ekosistemi arasında daha güclü əlaqələrin qurulmasının vacibliyi vurğulandı.
Tədbirin digər bir əsas məqamı isə Gürcüstanın ən ümidverici startaplarını nümayiş etdirmək üçün təşkil olunan “INbattle” startap müsabiqəsi oldu. 50-dən çox startapın müraciət etdiyi müsabiqəyə böyük maraq göstərildi. Seçim prosesindən sonra yalnız 10 startap həllərini münsiflər heyətinə təqdim etmək üçün seçildi, onlardan bir startap qalib gəldi.
Qeyd edək ki, Gürcüstandan əlavə, PAŞA Holding “INMerge” İnnovasiya Sammitinin digər ölkələrdə də regional tədbirlərinin keçirməyini planlayır. Eləcə də, əsas təbdir Bakıda senyabr ayında baş tutacaq və ətraflı məlumat bir müddət sonra paylaşılacaq.
Tədbir barədə daha ətraflı məlumat üçün www.inmerge.az ünvanınına keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















