İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülüb
İcbari Sığorta Bürosu “Hüquqi Şəxslərin İttifaqı” (İSB) nüfuzlu “The BOLD Awards” beynəlxalq müsabiqəsinin qalibi olub. İSB-nin innovasiya, texnologiya və rəqəmsal sənaye üzrə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilərək mükafatlara layiq görülüb.
Büronun yaydığı məlumatda bildirilir ki, İSB 2024-cü ilin oktyabrında “The BOLD Awards” beynəlxalq proqramında 3 kateqoriya üzrə müsabiqədə iştirak etmək üçün təşkilatçılara müraciət ünvanlayıb. 4 meyar (şəffaflıq, təsir dərəcəsi, əhatə dairəsi və insan faktoru) üzrə aparılmış qiymətləndirmə nəticəsində İSB-nin təqdim etdiyi layihələr hər 3 nominasiya üzrə finalçılar sırasına daxil edilib.
Portuqaliyanın Lissabon şəhərində keçirilən tədbirdə münsiflərin qərarı və ictimai səsvermə əsasında İSB-nin İT layihələri “Boldest InsurTech” və “Boldest SaaS” nominasiyaları üzrə birincilik qazanıb.
Hər il keçirilən “The BOLD Awards” proqramında rəqəmsal sənayeyə əsaslanan 33 kateqoriya üzrə fərdi şəxslər, startaplar və şirkətlər iştirak edir. Kateqoriyalar süni intellekt, blokçeyn, robototexnika, səhiyyə texnologiyaları, sığorta texnologiyaları, metakainat, proqram təminatı xidməti (SaaS), kosmik texnologiyalar, təhsil texnologiyaları və digər sahələri əhatə edir. “The BOLD Awards” proqramı üzrə 2024-cü ilə qədər 5 müsabiqə təşkil olunub. Müsabiqələrdə iştirakçıların innovasiya və texnologiyaların inkişafına verdiyi töhfələr qiymətləndirilir.
Qeyd edək ki, bununla da İSB son 1 ildə beynəlxalq proqramlardan qazandığı mükafatların sayını 5-ə çatdırıb.
2024-cü ildə İSB Böyük Britaniyada keçirilmiş “Global Insurtech Awards” proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb. Müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında İSB-nin informasiya sistemi birincilik əldə edərək “Best Customer Engagement Software” mükafatını qazanıb. “Best Embedded Insurance Provider” və “Insurtech of the Year” mükafatları üzrə ikincilik isə İSB-nin inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək səmərəliliyi nəzərə alınaraq verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 6 d. əvvəl
- 23 d. əvvəl
-
25 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 27 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ SƏHMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi



















