“İxrac icmalı”nın mart sayı dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın mart sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-fevral aylarında ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66,9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 10,2%, kimya sənayesi məhsulları 30%, çay 21,3%, alüminium və ondan hazırlanan məmulatlar 2,8% artıb.
2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5% artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 17,7% artaraq 43 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6% artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (40,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (36 milyon ABŞ dolları) ikinci, xurma (30,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (19 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (15 milyon ABŞ dolları) ikinci, pambıq (14,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk iki ayında Rusiya Federasiyasına 150,8 milyon ABŞ dolları, Türkiyəyə 82,8 milyon ABŞ dolları, Gürcüstana 52,9 milyon ABŞ dolları, İsveçrəyə 43,6 milyon ABŞ dolları, Ukraynaya isə 41,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin fevral ayında Rusiya Federasiyasına 69,7 milyon ABŞ dolları, Türkiyəyə 45,7 milyon ABŞ dolları, Gürcüstana 26,5 milyon ABŞ dolları, İsveçrəyə 21,4 milyon ABŞ dolları, Ukraynaya isə 19,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2025-ci ilin yanvar-fevral ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "LEPIN LM" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sahdag Sy" Məhdud Məsuliyyətli Cəmiyyəti, "6LSYSTEMS" MMC,"Agrarco" MMC, "KHAN-EL" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Azərpambiq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yollari" QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Qaradağ Şüşə Zavodu” ASC.
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 37 ölkəsinə 2,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib.
2025-ci ilin ilk iki ayı ərzində 37 ölkədən 90-a yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Misir, Türkiyə və Pakistan böyük paya sahibdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 35 d. əvvəl
-
- 2 saat əvvəl
-
5 saat əvvəl
Trampın İranın cavabını rədd etməsindən sonra neft bahalaşıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
1 gün əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Morgan Stanley-dən 150 dollarlıq neft ssenarisi
Mayın 12-də gözlənilən hava şəraiti - 30° isti
Tramp 13–15 may tarixlərində Çinə səfər edəcək
Tramp: İranın verdiyi cavab “tamamilə qəbuledilməzdir”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 2 GÜN
Ən çox oxunanlar
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
“Zangilan City Park Hotel”in təməli qoyuldu
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub






.jpg)
.jpg)








.jpg)





